Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Türk oğlanlardan ötrü ölən qızlarımız - Ulucay Akif yazır Adalet.az | Türk oğlanlardan ötrü ölən qızlarımız - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Türk oğlanlardan ötrü ölən qızlarımız - Ulucay Akif yazır

29123    |   2019-09-20 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazımda Azərbaycan qızlarının türkiyəli kişilərə qarşı olan böyük sevgi, məhəbbətlərindən danışmaq istəyirəm.

Bilirəm, bu dediklərimi də inkar edənlər olacaq, məni qınayanlar, hətta söyənlər olacaq, amma olsun. Əsas odur həqiqəti dediyimi öz içinizdə etiraf edəcəksiniz.

İstəyirəm birinci bu yaxınlarda başıma gələn bir hadisəni sizə danışım.

Ötən gün banklarımızdan birinə getmişdim. Ümumiyyətlə biz azərbaycanlıların üç sevimli məkanı var: bank, xəstəxana, aptek... Yaxşı, lap dördüncü də qoy olsun çayxana.

Nəysə e. İndi söhbətimiz bu deyil. Getmişdim banka. Sıra nömrəsini götürüb növbəmi gözləmək üçün keçib əyləşdim boş yerlərdən birində.

Bankda çox adam var idi. Ümumiyyətlə bank hər kateqoriyaya aid insanla qarşılaşa biləcəyimiz tək-tük yerlərdəndi. Burada çox varlı adamlarla da rastlaşa bilərsiniz, çox kasıb adamlarla da. Adam var banka elə girir, elə bilirsən bu bankın yox, bank bunun müştərisidir. Pulu çox olan bu adamlara bank işçilərinin, rəhbərliyinin də xüsusi sevgisi olur.

Adam da var ki, banka son ümid yeri kimi baxır. Həmin adamların banka inamsız girişindən başa düşürsən ki, kasıbdır, yüz faiz ya oğluna toy etmək üçün kredit götürməyə gəlib, ya da qızına cehiz almaq üçün. Bank işçiləri o adamlara dünyanın ən axırıncı, ən lazımsız insanı münasibətini göstərir. Həmin adamlar "gülərüz personal” münasibətini görmürlər. Nəysə e... Başqa şey danışacaqdım.

Yəqin siz də görmüsünüz, banklarda müştərilərə aparat əməliyyatlarını gerçəkləşdirmək üçün yardım edən "resepşn” işçiləri olur. Adətən bu işi cavan qızlar görür.

Yenə təxminən 25 yaşında bir qız həmin işi görürdü. Adamlar ona yaxınlaşıb ya nəsə soruşurdu, ya da nədəsə kömək etməsini istəyirdilər.

Məni narahat edən, xoşuma gəlməyən bir məqam var idi. Qız müştərilərlə təbəssümsüz danışırdı, üzündən zəhrimar yağırdı. Fikir verirdim, suallara cavab verəndə, kiməsə kömək etmək üçün aparata yaxınlaşanda mısmırığını sallayırdı. Düşündüm yəqin yorğundur, bəlkə də gördüyü işdən bezib, ya da nə bilim, bəlkə şəxsi həyatında nəsə problem var.

Sonra gördüm ki, yox, bu səbəblərə görə belə davranmaz. Qız bundan yardım istəyən yaşlı xanımlara elə davranırdı, elə bil həmin qadınlar bunun qaynanasıdır, nəsə iş buyururlar.

Cavan oğlanlara da, yaşlı kişilərə də elə göz süzdürərək, ağız büzərək cavab verirdi, elə bil bundan sevgilisinin olub-olmadığını, evli, ya subay olduğunu soruşurlar.

Təxminən yarım saat bu xoşagəlməz vəziyyəti, qızın narazı simasını, səsini, hərəkətlərini izlədikdən sonra mənzərə dəyişdi. Qızın üzünə təbəssüm qondu. Elə bil bütün yorğunluğu,bezginliyi bir anın içində yox oldu.

Birdən-birə nə oldu, necə oldu ki, qızın əhvalı tamam dəyişdi? Deyim də...

Qıza bir müştəri yaxınlaşdı. Cavan oğlan idi. Əgər maraqlıdırsa, deyim ki, oğlan heç yaraşıqlı deyildi, hətta çirkin də sayıla bilərdi. Oğlanın dediyi üç söz qızın ağlını başından aldı:

- Bana yardım edermisiniz?

Bu sözləri eşidən qız elə bil sehirləndi. Bir anda bahar gəldi, bütün buludlar yoxa çıxdı, külək dayandı, quşlar oxumağa başladı və gün işığı bankın şüşəli qapısından ilahi bir mesaj kimi içəri daxil oldu.

Bayaqdan ağsaqqal kişilər ilə danışanda belə uyğun davranmayan qız üzündə yekə bir təbəssümlə ayağa qalxdı və çox xoşbəxt bir səs tonu ilə cavab verdi:

- Tabiki! Xoş gəldiniz! Nasıl yardım edə bilərəm?

Yarı Türkiyə türkcəsi, yarı Azərbaycan türkcəsində cümlələr eşidəcəyimi bilsəm də, nə yalan deyim, baç verəcəkləri maraqla dinləməyə və izləməyə başladım.

İlk olaraq qızın hər fürsətdə saçını düzəltməsi diqqətimdən yayınmadı. Oğlan Azərbaycana oxumağa gəlmiş Türkiyə vətəndaşı idi. Bankda təhsil haqqını ödəməliydi.

Mən universitetdə oxuyanda çoxlu türkiyəli tələbə görmüşən, amma onların əksəriyyəti türk olmur. Milliyətçilik söhbəti etmirəm, qətiyyən, amma yəni danışıqlarından görürsən ki, bu daha çox ərəb kimi danışır, görünüşü də ərəbə oxşayır. Çoxu kürd olur, həm də türkləri sevməyən, özünə "türk” deyiləndə əsəbləşən kürdlərdən, amma bir müddət sonra onlar da bizim qızların Türkiyəli oğlanlara olan sevgisini görüb özlərini "türk!” adlandırmağa başlayırlar.

Universitet illərində fikir vermişdim, bizim qızlar həmin türkiyəli oğlanlarla söhbət edəndə belə özlərindən gedirdilər, ekstaza düşürdülər.

Bu banka girən türkiyəli oğlanın danışığından və görünüşündən də kürd olduğu hiss olunurdu. Nə isə. Bu vacib məsələ deyil.

Qız hər kəsi başından edib oğlana kömək etməyə başladı. Başqa müştəri yaxınlaşıb nəsə soruşanda isə "imkan ver də” baxışı ilə cavab verirdi, amma oğlan var deyə təbəssümünü də əksik etmirdi.

Qız oğlana nə etməli olduğunu ərtaflı şəkildə, çox gözəl izah etsə də, oğlan edə bilmirdi. Bayaqdan hər kəsə qarşı hövsələsiz, səbrsiz, əsəbi, narazı olan qız isə yenə öz təmkinini, təbəssümünü itirmədən oğlana nə etməli olduğunu başa salırdı, kömək edirdi.

Uzun cəhdlərdən sonra oğlan axır ki ödənişini etdi və çeki götürüb heç adi təşəkkür etmədən getdi.

Qızın üzündəki məyusluğu, kədəri sizə necə izah edim?

Elə bil, illərdir gözlədiyi ağ atlı şəhzadə gəlmişdi, amma tam çata-çatda şəhzadə atın ağzını döndərib başqa küçəyə girib gözdən itmişdi.

Hə, qız o oğlana böyük sevgi ilə baxırdı. Bu çox asan hiss olunurdu. Bəs bu sevginin, bu rəftarın səbəbi nə idi? Qız niyə bu qəşəy olmayan oğlana belə münasibət göstərirdi.

Deyim niyə?

O qız üçün bu yaraşıqsız, çirkin oğlanın türkcə danışması belə onu Kıvanc Tatlıtuğ, Burak Özçivit ilə bərabər səviyyədə görməsinə gətirirdi.

Bunun səbəbi isə qızlarımızın bütün günü izlədiyi Türkiyənin düşük sevgi diziləri, filmləridir. O axmaq sevgi filmlərində türkiyəli kişilər elə təqdim olunur ki, qızlarımız harada Türkiyə türkcəsində danışan birini görsələr, elə bilirlər, bu dəqiqə diz çöküb cibindən üzük çıxardacaq, evlənmə təklif edəcək.

Növbəm çatdı. Resepşnda əyləşən həmin qıza yaxınlaşdım. Qızın üzündən yenə zəhrimar yağdığını görüb dedim:

- Merhaba!



İmza:

YAZARIN ARXİVİ

2019-10-15 : ŞƏRHSİZ...
2019-10-02 : ƏGƏR...
2019-09-30 : DONAN ÜMİDLƏR
SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK