Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Mozaik böhran - İradə Tuncay yazır Adalet.az | Mozaik böhran - İradə Tuncay yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Mozaik böhran - İradə Tuncay yazır

54633    |   2019-09-23 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bədəvi ərəblər zəngin, qədim ənənələri olan,ehtişamlı İranı işğal edəndə ilk dəfə gördükləri, heyrətə gəldikləri çox şey varmış. İranın var-dövləti çaşdırır onları. Biri oğurladığı qiymətli daşı tacirə 1000 dirhəmə satır. Sonradan xəbər tutur ki, ucuz verib. Soruşurlar nədən belə dəyərsiz elədin qəniməti? Cavab verir ki, 1000-dən böyük rəqəm tanımırdım...

***
Bir axşamçağı Həzrət Ömər nökəriylə gəzintiyə çıxır. Uzaqdan görünən tonqalın işığına yaxınlaşanda isə bir qadın, yanında ağlaşan uşaqlar, ocaqda içində su qaynayan qazan görürlər. Həzrət Ömər izn istəyir qadından, onlarla oturmaq üçün.

- Bu gecə vaxtı burda nə edirsiniz?

- Gecə düşüb, gedəcək bir yerimiz yoxdu, həm də soyuqdan daldalanırıq.

- Uşaqların niyə ağlayır?

- Acından. Onları doyuracaq bir azuqəm yoxdu. Ona görə də suyu qaynadıb başların qatıram. Elə bilsinlərki, nəsə bişir qazanda. Ağlayıb, ağlayıb yorulacaqlar, yuxuya gedəcəklər. Allah görsün bu zülmü. Xəlifə görmürsə.

- Qadın, xəlifə nə bilsin sənin ac olduğunu?

- Bəs mənim ərimi müharibəyə o göndərib axı. O getdi öldü, biz də burda ac qaldıq. Bizi ona həvalə eləmişdi ərim, o isə bizi heç düşünmür də...

Xəlifə bu sözlərdən sonra qayıdır evinə, anbardan bir yekə çuval götürüb azuqəynən doldurur. Və çiyninə aşırdır çuvalı. Nökər əlindən almaq istəyir, deyir "ver mən aparım, olmaz axı. Sən xəlifəsən”. Həzrət Ömər cavab verir:

- Bəs qiyamət günü kim daşıyacaq mənim yükümü?

Yenidən qayıdırlar həmin ailənin yanına. Özü yemək bişirir, uşaqları doyurur. Qadın alqış edir ona, amma xəlifəyə qarğış edir. Həzrət Ömər qadını sakitləşdirib deyir ki, qarğış eləmə. Əmirəlmöminin yanına getsən məni də orda tapacaqsan... Onun xəbəri olmayıb sizin halınızdan...

Xəlifə Ömər bəlkə də qarğış olunası ən sonuncu insan ola bilərdi – dürüst idi, dövlət malına göz dikmirdi, cəsur döyüşçü idi, güclü natura idi, İslamın bayrağını Məğribdən Məşriqəcən dalğalandırmışdı... Amma narazılar vardı... Çünki oğrular vardı... O 1000 dirhəm məsələsi də onun hakimiyyəti dövründə olmuşdu...

Məkkə ziyarəti zamanı əyalətlərdən gəlmiş canişinlər yığışırlar xəlifə Ömərin başına, bu zaman Kufə canişinin (tamahkar və zalım) qulu öz sahibindən şikayət edir:

- Ya Əmirəlmöminin, məni sahibimin zülmündən xilas elə. Gündə iki dirhəm vergi alır məndən.

- Qazancın nədəndi?

- Daş yonmaqdan, dülgərlikdən, dəmirçilikdən...

- Çox deyil amma vergi. Bayaq eşitdim özünü öyürdün ki, küləklə işləyən dəyirman da düzəldə bilirsən. Mənimçün də düzəldə bilərsənmi?

- Əgər sağ qalsam sənə elə bir dəyirman düzəldəcəm ki, şərqdə də, qərbdə də ondan danışsınlar...

Həzrət Ömər qulun sözlərində nəsə bir hədə hiss edir. Bir neçə gün sonra namaz vaxtı həmin bu qul əlində bıçaqları dəyirman pərləri kimi fırlada-fırlada ona yaxınlaşıb öldürür xəlifəni... 

Bəlkə də xəlifə(lər)in qiyamətə inanması yaxşı bir şeydi?

***
Bütün müharibələrdən qorxuram. Amma yəqin ki, müharibələrin ən dəhşətlisi və dözülməzi Vətəndaş müharibəsidir.

Yəni qardaşın qardaşa silah çevirməyi. Qəribədir ki, bu müharibələrə tarixin bütün dövrlərində rast gəlinir. Miladdan öncə qədim Yunanıstanda, qədim Romada da olub, yaxın tarixi izləsək, Fransada, İngiltərədə, Amerikada da. Hətta Latın Amerikası və Afrika ölkələrində bu gün də davam edir. Bolşeviklər hakimiyyətə gələndə Rusiyada da Vətəndaş müharibəsi oldu. Böyük itkilər, dağıntılarla müşayiət olunan belə müharibələrin vurduğu ən böyük ziyan insanların qəlbinə, ruhuna vurulmuş yaralardır. Çünki bu yaraları sənə ən yaxın adamların – qohumun, dostun, qardaşın vurur. 70-ci illərin sonlarında dost Türkiyədə də sağçıların və solçuların ideya mübarizəsi sonradan silahlı çatışmaya döndü. Beş min adam öldü. Ata oğula, qardaş-qardaşa qənim kəsildi. İdeoloji mübarizələr ən amansız, ən qanlı mübarizələrdir. Lap son tariximizdə qonşu Gürcüstanda Qamsaxurdiya və Şevardnadze tərəfdarlarının savaşı yadımızdadır. Seçki ərəfəsində Ukraynada da vətəndaş qarşıdurması yaranmışdı. Vətəndaş müharibələri əqidə və ideoloji barışmazlıq fonunda baş verir. (Yəni elə bir görüntü yaradılır). Bu müharibələrin hardasa bir müsbət çaları da var – əqidə və ideologiya uğrunda gedir. Əqidə və ideologiya yoxdursa, nə Vətəndaş müharibəsi? Odur ki, arxayın olmaq lazımdır ki, bizi belə bir təhlükə gözləmir.

Amma məmləkətdə müharibə gedir – keçmiş nazirlərin bugünki nazirlərlə, bugünki nazirlərin gələcək nazirlərlə. Eyni hökumətin üzvləri bir-birinə şirin-şirin qara yaxırlar. Vətəndaş məmurların Vətəndaş müharibəsi! Ölkənin sərvətləri və hakimiyyət uğrunda müharibə. Bəzən gizli, bəzən də açıq-aşkar. Bir neçə il bundan qabaq yadımdadır ki, bəziləri həbsxanada, bəziləri səfir adı ilə uzaqlarda olan məmurlar çıxış eləyəndə etirafda bulunurdular ki, mən günahkar deyiləm, gücüm çatmır. Gücün çatmırdısa niyə otururdun orda? Aşağı düşəydin, gücü olan işləyəydi. Amma bu illər ərzində kiminsə könüllü istefaya getdiyini xatırlamıram. Hamı vəzifəyə oturan kimi Allahlıq iddiasına düşür. Və bu davam eləyir ordan aşana qədər. Elə ki, düşdü, olur demokrat. Bu da Vətəndaş müharibəsinin bir növüdür də.

Bir rəvayət yadıma düşür. Bir yazıq, kasıb ərəb gəlir xəlifə Harun ər-Rəşidin hüzuruna, deyir ki, ya Peyğəmbər, kömək elə. Xəlifə cavab verir ki, mən Peyğəmbər deyiləm. Həmin adam təzim eləyir, deyir ki, ya Həzrəti Cəbrayıl, kömək elə. Xəlifə cavab verir ki, mən Həzrəti Cəbrayıl deyiləm. Ərəb deyir ki, onda ya Allah, kömək elə. Xəlifə hirslənir, deyir sən nə danışırsan, əstəğfürullah, mən Allah deyiləm. Bu dəfə xəlifənin hüzuruna gəlmiş bəndə deyir ki, onda niyə oturmusan yuxarı başda, bir düş aşağı, dərdlərimizdən xəbər tut.

Milləti millət kimi formalaşdıran çox amillər var. Tarixi, mədəniyyəti, etiqadı, dili, əxlaqı və ideologiyası. Gəlin bir düşünək. Əxlaq min illərlə formalaşır. Əgər az vaxta belə dəyişə bilibsə, özünüz fikirləşin. Kommunistlərin allahsızlıq siyasəti dövründə müəyyən bir miqdar pula dinini dəyişən olmurdu. Tariximizi kim necə istəyib o rəngdə boyuyub. Dilimiz... Yüksək rütbəli məmurlar dilimizdə necə danışırlarsa, fikirləşirsən ki, bu hansı dildi, kimin dilidi. Mədəniyyətimiz haqqında da heç nə demirəm. Ən əsası isə bütün bunların toplusu olacaq milli ideologiya. Gəldik yenə ideologiyanın üstünə. Müxalifətin qrant, hökumətin kreslo davası.

Adətən dünya siyasəti böyük çaplı müharibələrin qarşısını almaq üçün lokal, yerli müharibələr yaradır. Yəni bu hardasa bir müddət dünya müharibələrinin qarşısını ala bilir. Amma enində-sonunda yenə bu labüd olur. Yəqin bizim cəmiyyətdə də böyük ideyaların arxasınca gedənləri başqa yerə yönəltmək üçün bu insanlar, qruplar, regionlar arasında nifaq yaratmaq lazım gəlir. Belə izlənim yaranır ki, bizim məmləkətdə hamı özündən, özünün daxil olduğu zümrədən, mənsub olduğu partiyadan, ailədən, bölgədən razıdır. Digərləri hamı cəlladdır, idiotdur, pozğundur, əyyaşdır və s. İstisnalar yoxdur. Niyə belə olsun? Əgər kimsə yaxşı bir iş görübsə, yaxşı bir söz deyibsə, niyə inkar edək? Millətin düşüncəsini dəyişməli olan söz adamları söz güləşdirirlər, savaşırlar. Səbəblər qalıb bir tərəfdə, hamı nəticə ilə mübarizə aparır. Mən buna da ideya, əqidə savaşı deyə bilmirəm. Elə bil kimsə qəsdinə durub ki, bu məmləkətin ağıllı adamlarını bir-birinin üstünə qaldırsın. Mətbuatda bir ədəbi dəstənin o birisi ilə amansız müharibəsi gedir. Elə bil ki, bir-birinin qanına susayıblar. Halbuki hər iki dəstənin nümayəndələri ağıllı və istedadlıdırlar. Amma hara yönəlir – bir-birinə nifrətə. Yəni əsas məqsəddən, hədəfdən uzaqlaşdırmaq üçün belə bir siyasət də atılıb ortalığa. Cəmiyyət qütbləşib. Hər iki tərəfdə yaxşı adamlar da var, nadürüstlər də. Hər iki tərəfdə Vətən naminə çalışanlar da var, cibi üçün çalışanlar da. Bunların bir-birinə düşmən kəsilməsindən uduzan ancaq və ancaq sadə adamlardır. Bu insanların onlara olan inamıdır. Onların bir-biri haqqında düşündüklərindən camaata nə var? Bundan kim uduzur? Təbii ki, dövlətin nüfuzu. Türkiyədə Vətəndaş müharibəsinə İçsavaş deyirlər. Çox gözəl sözdü. İçinizlə savaşmağı bacarsanız, içinizi təmizləyə biləcəksiniz. 

Bütün insanların günahı da var, savabı da. Əsas məsələ xeyir əməlləri qabartmaqdır. Bu gün buna daha çox ehtiyacımız var. Onsuz da boğazacan çirkabın içindəyik. Əttökən siyasi şoular, əttökən maqazin xəbərləri onsuz da olmayan beynimizi xarab eləyib. Kiminsə ağzından doğru-düzgün bir söz çıxanda da fikirləşirik ki, görəsən buna kim pul verib ki, bu sözləri deyir. Görəsən, məqsədi nədir? Özünə xal toplayır? Kimsənin səmimiyyətinə inanmırıq, qorxulu olan budur. Bir gün dilimizdəki sevgi və səmimiyyət sözlərini də unutsaq heç təəccüblənməyin.

Bir-birinizi sevmirsiniz? Nifrət edirsiniz, öz işinizdir. Amma bunu ictimai müzakirəyə çıxaranda millətin pozulmuş əxlaqı bir az da korlanır.

***
Səhv eləmirəmsə, 87-ci ilin son ayları idi. Qorbaçovun hakimiyyətə gəlişindən iki il ötürdü və sakit, sabit həyat tərzinə öyrəşmiş sovet adamlarının zərif əsəbləri artıq ölkə ərazisində baş verən partlayışlara, quldurluğa, alman təyyarəsinin Qızıl Meydana endirilməsinə, qatarların qarət edilməsinə yavaş-yavaş, heyrətlə vərdiş eləməyə başlayırdı. "Aşkarlıq" adlanan aşkar saxtakarlıq da qüvvəyə minməkdə idi. Həmin o 87-ci ilin son aylarında (vaxtı dəqiq yadımda deyil, amma həmin işlə məşğul olmuş müstəntiqlər yəqin ki, xatırlayırlar) Bakıda dəhşətli xəbər yayıldı - "26-lar" metrostansiyası (indiki "Sahil") yaxınlığında bir həkimin evinə girib 3 uşağını öldürüblər. Şayiələr ildırım sürətilə nəql olunurdu – o vaxt indiki kimi qəzet və TV bolluğu yox idi. Ağızdan-ağıza dolaşan xəbərlər çox vaxt "xarab olmuş telefon" effekti verirdi. Hərə bir fərziyyə söyləyirdi – kimsə deyirdi arada qan düşmənçiliyi olub, kimsə deyirdi ortada namus söhbəti var, kimsə də qarət versiyasının üstündə fikir yürüdürdü. Amma aralıqda gəzən söhbətlər nə qədər çoxalsa da rəsmi orqanlar heç bir məlumat vermədilər. Bir az sonra 88-ci ilin məşhur hadisələri başladı və sakit Bakı üçün qeyri-adi görünən vəhşi qətl bu söhbətlərin fonunda unuduldu. Kimsə düşünmək istəmədi ki, əgər ölkədə cinayət dalğası artırsa, cəzasızlıq baş alıb gedirsə demək bu, artıq böyük, qlobal , bəlkə də faciəvi bir əsərin proloqudur. Dövlət cinayətin qarşısını almaq yolları, profilaktik tədbirlər düşünmək əvəzinə faiz söhbəti ilə əlləşirsə və bu faizi də vətəndaşlara yedirtmək cəhdində bulunursa olacaqlar məlum – 91-ci ildə SSRİ adlanan dövlət çox rahatlıqla xəritələrdən silindi.

***

Elina unuduldu …

1000 dirhəm nədi ki? Heç 100 manatdan artıq pul görməyənlər milyon davası döyür…

P.S Həzrət Əli kimi dərdimizi quyuya danışırıq… Dövlətin dini ƏDALƏTdi… Mədəni şəkildə söz deyirsən, eşidən yoxdu. Gərək yaxasından tutub tüpürəsən üzünə???




İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK