Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər Adalet.az | Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

3046    |   2019-09-20 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda tibbi turizm inkişaf etsə də, təəssüf ki, bu, birtərəflidir. Çünki tibbi turizmlə məşğul olanlar Azərbaycandan qonşu ölkələrə xəstə axını təşkil edirlər.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda tibbi turizmlə məşğul olan şəxslər ölkəmizə də bu sahə ilə əlaqədar insanların gəlməsinə çalışmalıdırlar: "Biz elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər. İrandan, Gürcüstandan, Türkiyədən, Dağıstandan da xəstə insanların Azərbaycana müalicə üçün gəlməsi barədə düşünməliyik. Biz vətəndaşlarımızı xaricə göndərməklə tibbi turizm sahəsində uğur qazana bilmərik".

M.Quliyev əlavə edib ki, xaricdən Azərbaycana çoxlu həkimlər gəlir. Amma çalışmaq lazımdır ki, xarici həkimlərin gəlişinin artması əvəzinə ölkəyə xarici investisiyalar cəlb olunsun: "Azərbaycanın xarici ölkələrdə oxuyan kifayət qədəR kadrı var. Xaricdən gələn investisiyalar bizim tibb sektorumuzun gələcək inkişafı üçün təkan olacaq".

Millət vəkili hesab edir ki, özəl tibb sektorunda assosiasiyasının yaradılması çox vacibdir: "Müxtəlif assosiasiyalar var, amma özəl tibb sektorunda çalışan həkimləri koordinasiya edən, onların ümumi maraqlarını, problemlərini müzakirə edən, cəmiyyətə, dövlət orqanlarına çatdıran belə bir qurumun olması lazımdır. Bu, gələcəkdə tibb sisteminin daha geniş inkişaf etməsinə şərait yaradacaq".(trend)




İmza:
SON XƏBƏRLƏR
2019-10-14
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK