ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil..."

8029    |   2019-09-19 16:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev dühasının, iradəsinin və müdrikliyinin məhsulu olan, "Əsrin müqaviləsi” adını almış məşhur neft sazişinin imzalanmasından 25 il ötür. Dünyada neftin və qazın hasil və nəql edilməsi ilə bağlı çox müqavilələr imzalansa da, "Əsrin müqaviləsi” adını daşıyan saziş Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədardır. Azərbaycanın dövlət müstəqilliyinin o zaman üçün məlum olan risklərdən qorunması, beynəlxalq aləmdə tanınması və gələcək inkişafının əsaslarının qoyulması "Əsrin müqaviləsi”nin imzalanması nəticəsində mümkün oldu.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, kasıb, müharibə vəziyyətində olan, xarici təhlükələri hələ tam neytrallaşdıra bilməmiş bir ölkədə on milyardlarla dollar həcmində sərmayənin qoyulmasını nəzərdə tutan layihənin həyata keçirilməsi səhmdarlardan ötrü böyük risk idi:

"Lakin onlar Heydər Əliyevin şəxsiyyətinə və qüdrətinə inandıqlarına görə bu riskə getdilər. Bu, Heydər Əliyevin uzaqgörənliyinin, zəkasının və dövlət adamı kimi qətiyyətinin təntənəsi idi. Tam mübaliğəsiz deyirəm ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin daxili və xarici risklər baxımından məlum reallıqları şəraitində "Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq nəinki müdriklik və dahilik, həm də böyük qəhrəmanlıq nümunəsi idi. Heydər Əliyev mürəkkəb geopolitik "savaşdan” milli qəhrəman kimi çıxdı.

Artıq 25 ildir ki, "Əsrin müqaviləsi” Azərbaycana xidmət göstərir. Onun sayəsində ölkəmizin dövlət xəzinəsinə milyardlarla vəsait daxil olub. Həmin pullar hesabına Bakının, şəhər və kəndlərimizin siması tanınmaz dərəcədə dəyişdi, yollar salındı, məcburi köçkün əhali üçün gözəl, müasir şəhərciklər inşa edildi, məktəblər, xəstəxanalar tikildi, ordumuz gücləndi və qüdrəti artdı, həyatımız və taleyimiz bütünlüklə dəyişdi. İndi Azərbaycanda yaşamaq xoş, cəlbedici və qürurvericidir. Onu da qeyd etmək istəyirəm ki, "Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir. Ondan sonra neçə-neçə yeni sazişlər imzalanıb və ölkəmizin gələcəyini daha firəvan, daha çiçəklənən edəcəkdir".

Baş nazirin müavini vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, onun gələcəyinin təməlini yaratdı. "Bu gün hər bir azərbaycanlı misilsiz xidmətlərinə görə Ona dərin minnətdarlıq hisslərini ifadə edir, Heydər Əliyev siyasətinə sədaqətini bildirir və Prezident İlham Əliyevin ətrafında sıx birləşir. Bu günümüz gözəldir, gələcəyimiz isə daha gözəl olacaq".(trend)




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində...

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib

Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK