nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | 10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb Adalet.az | 10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

20145    |   2019-09-18 14:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonunun ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 1,1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədovdan 440 qram marixuana götürülüb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mirzəqurbanlı kənd sakini, əvvəllər məhkum olunmuş Z.Əliyevin həyətyanı sahəsindən 1,7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaracallı kənd sakini C.Mikayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatına baxış zamanı 6,5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.




İmza:
SON XƏBƏRLƏR
2020-02-16
2020-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK