ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var

9456    |   2019-09-17 16:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda ali məktəb dərsliklərində problemlər var. Xüsusən təbiət elmləri, riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı mühüm nailiyyətlər əldə edilib: "Bu il ilk dəfə olaraq, 1-ci sinif şagirdləri üçün "Riyaziyyat” dərsliyini iki hissədən ibarət kitab formasında çap edib. Bu, bizim dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün apardığımız müzakirələrin konkret nəticəsidir. Amma ali məktəb dərsliklərində problemlər var”.

İ.Həbibbəyli qeyd edib ki, ali məktəblərin bakalavriat səviyyəsi üçün müəyyən dərsliklər olsa da, magistratura səviyyəsi üzrə dərsliklərin hazırlanması prosesi çox ləng gedir.

Komitə sədri əlavə edib ki, bəzən magistratura səviyyəsi üçün bakalavriat səviyyəsi üçün olan dərsliklərdən istifadə edilir: "Magistratura üçün proqramlar bakalavriat səviyyəsi üzrə olan proqramlardan fərqlənmir, bu proqramlar bir-birindən xeyli fərqləndirilməlidir. Magisttratura üçün dərsliklərin hazırlanması prioritet olmalıdır”.(trend)




İmza:

Peşə dərslərinin iyunun 1-nə olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Ən çox və ən az vakant müəllim yerləri bu ərazilərdədir

Məktəblərdə daha çox hansı fənlər üzrə vakant müəllim yerlərinin olduğu açıqlanıb

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib

UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

SON XƏBƏRLƏR
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK