Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət Mədətoğlundan yeni şeir: SEVİNİR Adalet.az | Əbülfət Mədətoğlundan yeni şeir: SEVİNİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğlundan yeni şeir: SEVİNİR

6912    |   2019-09-16 14:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır






















Trabzonda, yəni onun Macka bölgəsində bir kənd var... Atasu kəndi...kəndi piyada sərsəri kimi dolaşdım... və bir talada özümü unudub cökdüm... İlahi, bura sanki Kəlbəcərin, Lacının, Şuşanın... Ağdərənin...Tuğun bir parcası idi

Suyu damla- damla dumandan əmən
Dağlarda həməndi, duman da həmən...
Mənə sarılmağa bəzənmiş cəmən -
Baxmaqdan doymuram - gözüm sevinir...

Canlanır ruhumda dağım - daşım da
Dolaşır necə cür fikir başımda...
Qardaş məmləkətdə qoca yaşımda -
İcimdə qaralan közüm sevinir..

Ruhum qanadlanır, qəlbim atlanır
Önümdə dərd cökür, kədər qatlanır...
Canım təpərlənir və inadlanır -
Ayaqda saxlayan dözüm sevinir...

Bənzəyir bu yerlər nur pətəyinə
Uzatsan yetişər əl ətəyinə...
Bir anlıq Sus!- deyib qəm tütəyinə -
İstədim bağıram - sözüm sevinir!

Nə xoşdu ziyarət fikir bölənə
Zikir bacarana, zikir bölənə...
Əlimi acmışam , Şükür!- bölənə -
Əbülfət qədər də özüm sevinir!..



İmza:
SON XƏBƏRLƏR
2019-10-14
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK