Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | «NEFTÇİ» VƏ QURBAN PİRİMOVUN TARI Adalet.az | «NEFTÇİ» VƏ QURBAN PİRİMOVUN TARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

«NEFTÇİ» VƏ QURBAN PİRİMOVUN TARI

18675    |   2019-09-17 10:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qurban Pirimovun Ağdamda iki tarı vardı – birini Rəmiş uşaq olanda ona bağışlamışdı, sonralar da Rəmiş toyda onu kiminsə başına çırpdı. Bu barədə ayrıca bir yazım olduğu üçün yenidən təkrar etmək istəmirəm. Birini də kimə bağışlamışdısa, sonradan satmışdı. Və həmin tar 3-4 min arası qiymətlə əldən-ələ gəzirdi. Yəni tarzənlər fors üçün bu tar üstdə bir-birini qırırdılar.

Ağdamda görkəmli bir muğam müəllimi vardı, Məşədi Nəriman. Hamının da qabiliyyətinə bələd idi. Bir gün Məşədi Nərimana deyirlər:

- Məşədi, eşitdin, Qurban əminin tarını indi də Filankəs müəllim aldı.

Məşədi Nəriman başını bulayıb deyir:

- Ay bala, o tarın bəxti yoxdu ey, hələ Qurban əmidən sonra bir çalan əlinə düşməyib.

İndi «Neftçi», Qurban əminin tarı kimi , hamımız üçün əzizdi. Və Qurban əminin Ağdamdakı tarı kimi «Neftçi» də əldən-ələ gəzir. Və son illər hələ bir «çalan» əlinə düşməyib.

Bordin, sənin də sabahın xeyir olsun!




İmza:
SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK