Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bir dövlət, iki sistem - Mehman Cavadoğlu yazır Adalet.az | Bir dövlət, iki sistem - Mehman Cavadoğlu yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bir dövlət, iki sistem - Mehman Cavadoğlu yazır

Bu lap ağır dərd imiş

16340    |   2019-09-17 17:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə aydır ki, hər bazar günü dünyanın cənnət guşələrindən biri olan Honkonqda əsl cəhənnəm yaşanır. Mart ayında əvvəl-əvvəl dinc nümayişlər şəklində başlayan aksiyalar bir neçə aydan sonra aqressivləşməyə və məcrasından çıxdı. Polislə toqquşmalar, barrikadalar, yanğınlar, həbslər, dağıntılar… və s. Bir sözlə, məcrasına sığmayan bütün etiraz aksiyalarında yaşananlar burda da təkrarlanmağa başladı.

Etiraz aksiyaları şəhərin qanunverici orqanında hazırlanan bir qanun layihəsinə etiraz əlaməti olaraq təşkil edilmişdi. Qanunlayihəsi qəbul olunacağı təqdirdə yerli hökumətin axtarışda olan və Honkonqun ərazisində yerləşən şəxsləri tutub öz ölkələrinə geri qaytarmaq imkanı olacaqdı. Eksdradisiya məsələsi, adətən, dövlətlər arasında bağlanan ikitərəfli müqavilələrlə tənzimlənir. Burda isə söhbət Honkonqun eksdradisiya barədə müqaviləsi olmayan ölkələrin, o cümlədən Çinin və Tayvanın vətəndaşlarından gedir. Çin də, Tayvan da çinlilərin dövlətidir və Çinin xüsusi inzibati rayonu olan Honkoqu da hələlik şərti və faktiki olaraq ayrı dövlət saysaq bunlar "bir millət üç dövlət”dilər. Yəni, ən azı 2047-ci ilə kimi Tayvan müdafiə və xarici siyasət məsələləri istisna olmaqla bütün digər məsələlərdə Çindən öz müstəqilliyini tam qoruyub saxlayacaq. Ondan sonra isə gələcək göstərər, Honkonq Çinə, yoxsa Çin Honkonqa tam şəkildə birləşəcək.

İngilislər 260 adadan ibarət Honkonqu 1842-ci ildə işğal eləmiş, onun "Yeni ərazi” adlanan hissəsini isə 1898-ci idə 99 illiyə icarəyə götürmüşdülər. Bu, ərazicə Azərbaycanın ortabab rayonlarından biri boyda, əhalicə Azərbaycanın əhalisinə yaxın, ümümi daxili məhsulun həcminə görəsə Azərbaycandan təxminən beş dəfə böyük olan bir yerdir.

İcarə müqaviləsinin vaxtı bitdiyinə görə 1997-ci ildə ingilislər Honkonqu Çinə "Bir dövlət iki sistem” prinsipiylə geri qaytarır. Bir şərtlə ki, 50 il müddətində geniş səlahiyyətlərə malik, yəni yuxarıda dediyimiz kimi müdafiə və xarici siyasətdən başqa bütün sahələrdə tam muxtar bir inzibati rayon olacaq, 2047-ci ilə qədər "bir dövlət iki sistem” prinsipiylə baş-başa verib yaşayacaqlar.

Honkonq (şərti olataq ölkə deyək) nəinki Çinin, bütövlükdə Asiya və Sakit Okean regionunun ən zəngin ölkələrindən, Çin Respublikası (Tayvan), Cənubi Koreya, Sinqapurla birlikdə Asiyanın iqtisadi inkişaf baxımından "dörd əjdahası”ndan biri sayılır. Bütün bunlara isə zəngin təbii ehtiyatlarına, tutalım, Bruney sultanlığı kimi neftin hesabına nail olmayıb. Məhdud təbii ehtiyatlara və torpaq sahəsinə malik bu balaca diyarın belə bir iqtisadi nəhəngə çevrilməsinin artıq dilləri yağır etmiş çox sadə bir səbəbi var: sərbəst bazar, iqtisadi azadlıqlar, dövlətin iqtisadiyyata müdaxilə etməməsi.

Hazırda çinlilər bizdə çox populyar olan bir ifadəylə desək, "bir millət, üç dövlət”dən ibarətdir. Böyüklüyündən, ya kiçikliyindən asılı olmayaraq bu dövlətlərin üçü də iqtisadi cəhətdən çox güclüdür. Demoqrafik fəlakət ucbatından əhalisinin mühüm hissəsi hələ də aclıq və səfalətdən əziyyət çəkməsinə, qastarbayterlər kimi dünyanın hər yanına səpələnməsinə baxmayaraq, bu üçlüyün ən böyük dövləti olan Çin Xalq Resbublikası isə öz iqtisadi inkişaf səviyyəsinə görə artıq dünya ikincisidir və sözün həqiqi mənasında ABŞ-ın yuxusuna haram qatıb.

Tayvanla ÇXR arasındakı davanın kökü İkinci Dünya Müharibəsindən sonra bu ölkədə baş vermiş hadisələrə dirənir. Bəs, Honkoqun davası nədir? Ürəklərində az qala iki əsrlik Vətən və Qardaş həsrəti daşıyan bu toplum nədən eksdradisiya ilə bağlı sıradan bir qanun layihəsinə bu qədər sərt münasibət sərgiləyir? Axı, dediyimiz kimi iqtisadi baxımından "böyük qardaş”ın da işləri yaxşı gedir və o da bu iqtisadi yaksəlişə təbii resurslar yox, iqtisadi sahədə verdiyi azadlıqlar hesabına nail olub. Hətta dünya idarəçilik sistemində indiyədək mövcud olmayan bir fenomenə imza ataraq sərt siyasi diktatura rejimində azad iqtisadi sistem yaradıb və qısa müddət ərzində fantastik nəticələr əldə edib. Bu elə bir fenomendir ki, politoloq və iqtisadiyyatçılar nə qədər baş sındırsalar da hələ ki, bu cür idarəçilik sisteminə konkret bir ad tapmaqda çətinlik çəkirlər.

Amma bütün bunlar Honkonqlu həmvətənləri o qədər də ilgiləndirmir. Çünki ingilislər adaya təkcə iqtisadi azadlıqlar, yəni pul və maddi rifah yox, həm də siyasi azadlıqlar, qanunun aliliyi, yəni adam balası kimi yaşamaq vərdişləri gətirib. Belədə artıq "vətən həsrəti”, "qardaş nisgili” kimi poetik-sentimental ah-uflar, "güclü ölkə”, dövlətçilik”, "dərin dövlət” və s. bu qəbildən olan siyasi-demoqoji şüarlar işə yaramır.

Rəsmi Pekin Honkonqda baş verən hadisələri "Amerika və ingilis barmağının” işi sayır. Təzə söhbət deyil. Bu "barmaq məsələsi”, yəni işləri bir balaca əyilən kimi güzgüyə baxmaq əvəzinə xəritəyə boylanmaq bütün diktatorların, avtoritar və totalitar rejim başçılrının ən sevimli arqumentidir.

Ötən əsrin sonlarında icarə müddəti başa çatarkən ingilislər Honkonqu geri qaytarmağa tərəddüd etmədilər. Baxmayaraq ki, bunun üçün yetərincə formal əsaslar var idi. Ən azından, həmin icarə müqaviləsini bağlayan tərəflərdən biri, Sin imperiyası artıq mövcud deyildi və Çinin indiki hakimiyyəti özünü nəinki həmin imperiyanın, hətta ondan sonra Çində mövcud olan bir neçə digər dövlətin varisi saymırdı, hətta onları qatı düşməni hesab edirdi.

İngilislər təhvil-təslimlə bağlı Honkonq əhalisi arasında referendum da keçirmədilər. Halbuki bu yolla istədikləri nəticəni asanlıqla əldə edə bilərdilər. Honkonqlular könüllü olaraq özlərini "Böyük qardaş”ın ağuşuna atmağa səs verməyəcəkdi. Adamlar onların hər addımını bitdə-bitdə izləyən böyük qardaşlarını (C. Oruel) sevmirlər.

İşdi şayət, bir gün ÇXR vətəndaşları və Honkonqlular arasında kimin kimə birləşməsi barədə referendum keçirilsə, yəqin ki, Çin Honkonqa birləşəcək. Odur ki, 2047-ci ildə kimin kimə birləşəcəyi haqqında yuxarıda söylədiyimiz ehtimalı çox da qəribçiliyə salmaq lazım deyil. Baş tutan işdir. Sadəcə, yetər ki, həmin referendumu ingilislər keçirsinlər. Onda təkcə "Könüllülər marşı” əvəzinə "Tanrım, kraliçanı qoru” sədaları tək Honkonqu yox, ingilislərdən daha qədim tarixə və daha zəngin mədəniyyətə malik olan bu çoxmilyardlı ölkənin hər tərəfini bürüyəcək. Çünki XXI əsrin insanı başqa dəyərlərin təşnəsindədir.




İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK