hacklink Adalet.az | Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı Adalet.az | Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

9265    |   2019-09-13 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7milyonmanat və yaxud 1,7% çoxdur.

Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri27 milyard 605 milyon 300 min manat, xərcləri isə28 milyard 192milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 minmanat təşkil etməlidir.

Gələn il icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasınınbüdcəsinin gəlir və xərcləri isə 480 milyon 300 minmanat məbləğində nəzərdə tutulub. Bu, 2019-cu illəmüqayisədə 96,6 milyon manat çoxdur.




İmza:
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO