ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi - FOTO/VİDEO

36789    |   2019-09-13 16:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən Bakıya təşrif buyurmuş bloqer, influencer və media nümayəndələrinin iştirakı ilə keçirilən "ProДвижения” layihəsi davam edir.

"ProДвижения” layihəsi sağlam həyat tərzinin sosial şəbəkələrdə bloqer və influencerlər arasında təbliğ olunması istiqamətində təlim-məşğələ proqramından ibarətdir.

Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "ADDIM” Gənclər Təşkilatı tərəfindən reallaşdırılıb.

Layihə çərçivəsində "Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında qonaqlara "JARA” filmi nümayiş olunub. Filmdən öncə qırmızı xalıda fotolar çəkdirən qonaqlar Bakı haqqında təəsüratlarını bölüşüblər.

Filmin ideya müəllifi və prodüsseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Masksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur.

Filmin çəkilişləri "JARA” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən "JARA” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və "JARA” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.

Qeyd edək ki, Pojarskaya "Otel Eleon” seriyalında, eləcə də Emin Ağalarovun "İnanılmaz” və "Wicked Game” mahnılarına çəkilmiş kliplər də rol alıb.

Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.

"CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.




İmza:

Rza Rzayev: ”Daimi öldürücü olanlar var” ...

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

“Xınalıq” UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb

Şirvan bülbülü - Aşıq Şakir Hacıyev

İndoneziya mətbuatında “UNESCO-nun irsi-İçərişəhər- Bakının incisi” adlı məqalə yer alıb

Baba Mahmudoğlu: Ceyran bala - VİDEO

Şahmalı Kürdoğlu: Ey təbib + Video

Nazirlik: Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Nazim Hikmətin övladlığa götürdüyü - Çingiz Fərəcov...

Hollivud Çində koronavirusun yayılmasının ilk günləri barədə film çəkəcək

““Hələ nəğməm var mənim” - Pərvanə Bayramqızı yazır

Əməkdar artist oğlunun faciəli ölümündən DANIŞDI - VİDEO

SON XƏBƏRLƏR
2020-07-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK