Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sumqayıta sərnişin daşıyanlara xəbərdarlıq - DYP icazə verməyəcək Adalet.az | Sumqayıta sərnişin daşıyanlara xəbərdarlıq - DYP icazə verməyəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Sumqayıta sərnişin daşıyanlara xəbərdarlıq - DYP icazə verməyəcək

3553    |   2019-09-12 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni dərs ilinin başlanması ilə əlaqədar DİN Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıtdan Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib.

Müraciətdə sürücülərin nəzərinə çatdırılıb ki, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi),20 Yanvarvə 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək:

"Belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.

Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar".



İmza:

Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi

DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır

ÖMƏR FAİQ NEMANZADƏ QƏZET HAQQINDA

Nurəddin Xoca: Bozqurdlar

“Ordumuz ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir” - General-leytenant

Təmas xəttində növbəti monitorinq keçiriləcək

Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO

Vilayət Eyvazov: “Bu il cinayətlərin sayı azalıb”

Azərbaycanda verilən kreditlərin məbləği 13 milyard manatı keçib

Ombudsman Avropa Şurasının 70 illik yubileyinə həsr olunmuş konfransda iştirak edib

Bu şəxslərə akademiya təqaüdü veriləcək - YENİLƏNİB

“Rəşad Atakişiyev yüksək səviyyəli pilot olub” - Nazirdən mühüm açıqlamalar

SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK