Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Rəşad Atakişiyeva şəhidlik statusu verilməlidir” - Pilotun ailəsi Adalet.az | “Rəşad Atakişiyeva şəhidlik statusu verilməlidir” - Pilotun ailəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“Rəşad Atakişiyeva şəhidlik statusu verilməlidir” - Pilotun ailəsi

2999    |   2019-09-12 15:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Rəşad Atakişiyev döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Buna görə də ona şəhidlik statusu verilməlidir”

Bunu Azvision.az -a açıqlamasında MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, mərhum pilotun ailəsi dövlətdən bununla bağlı müvafiq addımların atılmasını gözləyir: "Adətən istintaq işi yekunlaşdıqdan və qəti qərar qəbul edildikdən sonra təltif edilmə həyata keçirilir. Rəşad döyüş şəraitinə yaxınlaşdırılmış taktiki hərəkəti yerinə yetirərkən həlak olduğuna görə təltif olunmalıdır. Hərbi Hava Qüvvələrinin komandanlığı bununla bağlı təşəbbüs irəli sürməlidir. Şəhidlik zirvəsinin ona verilməsi ilə bağlı şübhəmiz yoxdur”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.



İmza:

Bu şəxslərə akademiya təqaüdü veriləcək - YENİLƏNİB

“Rəşad Atakişiyev yüksək səviyyəli pilot olub” - Nazirdən mühüm açıqlamalar

Elşad Hacıyev: Vətəndaşların müraciətləri diqqətdə saxlanılır

Elməddin Sərdar: Anam Ağdamı soruşanda ölüb yerə girirəm...

Dünyada ədaləti ölməyə qoymayın

Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək

Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Sabah məktəblərdə ilk dərsin mövzusu bu olacaq...

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK