Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Cavanşir Yusiflinin yazdıqlarını başa düşmürəm" - MÜSAHİBƏ Adalet.az | "Cavanşir Yusiflinin yazdıqlarını başa düşmürəm" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Cavanşir Yusiflinin yazdıqlarını başa düşmürəm" - MÜSAHİBƏ

2123    |   2019-09-12 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir çox tanınmış yazarlar son vaxtlar ədəbi mühitdə yaranan durğunluqla bağlı tənqidçiləri günahlandırırlar. Onların fikrincə, ədəbi tənqidçilər yaradıcılıq mühitini canlandırmaq, yeni əsərlər haqqında təhlillər yazmaq yerinə, vəzifəli, titullu yazıçıları tərifləməklə məşğuldurlar.

Ədəbi tənqidin yeni üslübda yaradılan əsərlərla ayaqlaşa bilməməsi, Sovet dönəmi təfəkküründə qalması da iddialar arasındadır.

Adalet.az olaraq,  bütün bu məsələlərə ədəbi tənqidçi Əsəd Cahangirlə aydınlıq gətirməyə çalışdıq.

- Gənc yazıçıların qalmaqallı yazılarla gündəmə gəlməsinə bir tənqidçi kimi münasibətiniz necədir?

- Bu onların yaşı üçün təbiidir və zamanla aradan qalxacaq. Bunun əsas səbəbi yazıçı olmaq istəyənlərin sayının həddindən artıq çox olmasıdır və həmin yazıçılar çalışırlar ki, fərqlənsinlər, diqqət çəksinlər. Amma bu cür diqqət çəkməyin ömrü bir həftədən o tərəfə keçmir. Yerdə həmişə mətn qalır. Həmin yazıçılar da gərək çalışsınlar ki, ortaya ciddi mətn qoysunlar.

- Bəs klassiklərimizlə bağlı tənqidi statuslar, yazılar haqqında nə düşünürsünüz?

- Mənimçün klassiklər toxunulmazdır, amma təhqiri yox, tənqidi müsbət qarşılayaram. Klassiklərin bütləşdirilməsinin də əleyhinəyəm, amma onlara qarşı yalançı tənqidi münasibətin də əleyhinəyəm. Hətta ən sevdiyim Füzuli haqqında tənqidi yazıları da yaxşı qarşılayaram, əgər bu tənqidlər tutarlı olsa. Gənclərin klassiklərə aid yazdıqları isə mənə tənqiddən daha çox gülməli hay-küy kimi gəlir. Ümumiyyətlə, tənqidi anladım, təhqir nəyə lazımdır ki?

- Bəlkə onlara qarşı aqressiyaları var?

- Bunun psixoloji səbəbi var. Hər bir uğursuz, özünü təsdiq edə bilməyən adamda herostrat kompleksi olur. Başqalarının uğurunu həzm edə bilmirlər. Bu kompleks də belə hallara gətirib çıxarır.

- Bu yaxınlarda Kamal Talıbzadənin "Ədəbi tənqid tarixi” kitabını oxudum və gördüm ki, bizim ədəbi tənqid, tənqiddən daha çox tərifdən ibarətdir.

- Əslində, o kitab ədəbi tənqidin tarixidir deyə, bu normaldır, amma mən Kamal Talıbzadənin yerində olsam, Füzulini tənqid etdiyi üçün Axundovu tənqid edərdim, Hüseyn Cavidi tənqid etdiyi üçün sovet dönəmi tənqidçilərini tənqid edərdim, sərbəst şeir yazdığı üçün Rəsul Rzanı tənqid edənləri tənqid edərdim. "Körpüsalanlar” povestində qadın azadlığından yazdığı üçün İlyas Əfəndiyevə hücum çəkənləri tənqid edərdim, ya da "Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında Təhminə obrazını yaratdığı üçün Anarı qınayanları tənqid edərdim.Kamal Talıbzadənin kitabına gəldikdə isə o kitabın Sovet dönəmində dərc olunduğunu nəzərə alsaq, hər şey aydınlaşır.

- Deyək ki, gənclər klassikləri tutarlı tənqid edə bilmirlər. Bəs niyə bu tutarlı tənqidi tənqidçilər etmir?

- Çünki Azərbaycan ədəbi tənqidi ştamplaşıb və yeni münasibətin formalaşması o qədər də asan deyil. Tənqidə, tənqid tarixinə münasibət dəyişməlidir. Yeni estetik, ideoloji ölçülər müəyyənləşməlidir. Tələm-tələsik tənqid 1920-ci illərdəki "daloy muğam”, "daloy tar”, "daloy Füzuli” kimi münasibətlər yarada bilər.

- Bəs sizcə, tənqidçilər yazıçının ancaq yaradıcılığını təhlil etməlidilər, ya onların şəxsi həyatı, mənəviyyatı da təhlil olmalıdır?

- Bu tənqidin xüsusi qoludur və məncə, yazıçının şəxsiyyəti, şəxsi həyatı da ciddi araşdırılmalıdır. Dünya ədəbi tənqid praktikasında bunu edirlər və çox yaxşı da alınır. Yazıçının tam dərk edilməsi üçün bu lazımdır, hətta deyərdim ki, vacibdir. Bizdə buna müsəlman psixologiyası, milli mental dəyərlər icazə vermir, amma ən azı bu klassiklərlə bağlı edilməlidir.

- 2004-cü ildə "Körpü” ədəbi tənqid dərgisi təsis olundu, siz də baş redaktor idiniz. Sonra isə bu dərginin fəaliyyəti dayandırıldı. Niyə?

- "Körpü”nü özüm istəmədim. Bir dərgidə söz azadlığı yoxdursa, yalandan gözə kül üfürmək üçün dərgi buraxmaq mənə lazım deyil. "Körpü” Azərbaycanda ilk ədəbi tənqid dərgisi idi, yalnız Nizami Cəfərov 1991-ci ildə "Ədəbi tənqid” adlı kiçik bir jurnal çap etdirmişdi, o da sadəcə bir nömrə çıxıb fəaliyyətini dayandırmışdı. "Körpü” dərgisinin təşəbbüskarı da özüm idim, 5 il fəaliyyət göstərdik, amma söz azadlığının olmadığını gördüm, "onu yazma!”, "bunu yaz!” və beləcə, dərginin fəaliyyətinə son qoydum. Yəni, mən bir daha başa düşdüm ki, bizdə söz azadlığı mümkün deyil. Həm də söz azadlığını boğan, sözə təzyiq edənlərin elə söz adamları olması məni daha çox məyus etmişdi.

- İndi yazıçıların əksəriyyəti tənqidçiləri daha çox maddi, ya digər maraqlara görə vəzifəli, titullu yazıçıları tərifləməkdə, onlara mədhiyyələr yazmaqda, yəni məddahlıq etməkdə günahlandırırlar.

- Təbii ki, heç bir yazıçı ilə bağlı yalnız onun vəzifəsinə, fəxri adına, imzasına görə yazmaq olmaz. Mən də vəzifəli, titullu yazıçılara aid yazılar yazmışam, amma mən bunu hansısa maraqlarıma görə etməmişəm. Çünki onlar ad-san, vəzifə qazanmamış da, 60-cı illərdə artıq yazıçı idilər. Əsas olan ortadakı mətndir. Mən həmişə mətnə dəyər vermişəm. Onda gərək biz vəzifəsi olan istedadlı yazıçılara aid yazmayaq ki, bizə yaltaq deyəcəklər. Axı bu da qorxaqlıq və ədalətsizlik olar. Axı mən Elçinin "Baş” romanı haqqında necə yazmaya bilərdim? Yazmalı idim və yazdım. Mən heç nəyi olmayan gənclərə aid də çoxlu yazılar yazmışam.

- Son vaxtlar gözə dəymirdiniz. Nə olmuşdu?

- Özümə istirahət vermişdim. Uzun illərdi ki, Azərbaycan Yazıçılar Birliyinə hər kəsdən tez gəlirəm, hamıdan da gec çıxıb, qapıları bağlayır, açarı mühafizəçi Araz kişiyə təhvil verib gedirəm. Yorulmuşdum, dincəlmək istədim. İndi yenidən gənclərin yaradıcılığı haqqında silsilə yazılar yazmağa başlamışam.

- Əsəd bəy, çox vaxt belə bir fikir deyirlər ki, yaza bilməyənlər, istedadı olmayanlar tənqidçiliyi seçirlər. Bunun bir kompleks olduğunu deyirlər.

- Bu fikirlə razı deyiləm. Mən 8-ci sinifdə oxuyandan tənqidçi olmaq qərarına gəlmişdim. Həmişə oxuduğum kitablara, izlədiyim filmlərə, tamaşalara aid yazılar yazırdım. Uşaqlıqdan özümü ədəbiyyatşünas olmağa hazırlamışam. Mənim ümumiyyətlə bədii yaradıcılıqla məşğul olmaq iddiam olmayıb. Düzdü, şeirlər də yazmışam, poema da, amma bunları daxili qüvvənin diktəsi ilə yazmışam. İndi də istəsəm, şeir də yazaram, hekayə də, roman da, amma daxilimdən gəlmədiyi müddətdə heç nə yazmıram. Mən yazıçı olmaq istədim, şair olmaq istədim, ola bilmədim? Yox! Mənimçün tənqidi məqalə, esse yazmağın verdiyi ləzzət heç də şeir, ya roman yazmağın verdiyi ləzzətdən az deyil.

- Bəs müasir ədəbiyyatımızı necə qiymətləndirirsiniz?

- İndi ədəbiyyatda canlanma var, amma bu süni canlanmadır. Elə bil narkotik təsiri altında baş verir. Bu 20 illik səs-küyün, çoxluğun arasında üzə çıxara biləcəyimiz çox az mətn var.

- Ədəbi tənqid belə mətnlərin ortaya çıxmasına təkan verə bilməz?

- Ədəbi tənqid yol göstərə bilər, işıq sala bilər, amma ədəbi tənqid istedad yetişdirə bilməz. Füzulini, Nəsimini, Danteni, Balzakı tənqidçi yetişdirmişdi? Tənqidçi Allah deyil axı.

- Digər tənqidçilərimizin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Düzü nəsə deyəndə, mənimlə düşmən olurlar deyə, ad çəkməyəcəm, amma tələbəlik illlərimdə çox bəyəndiyim tənqidi yazılar olub. Məsələn, Yaşar Qarayevin "Meyyar şəxsiyyətdir”, "Realizm, sənət və həqiqət” kitabları, Nizami Cəfərovun "Füzulidən Vaqifə qədər” kitabı, 90-cı ildə "Ədəbiyyat qəzeti”ndə çap olunmuş "Yatmışdım, üstümə gəldi ərənlər” məqaləsi, xüsusilə Kamal Abdullanın bir neçə ay dayanmadan oxuduğum "Gizli Dədə Qorqud” kitabı, "Yolun əvvəli və sonu” esselər toplusu... Amma elə bu müəlliflərə hörmətimlə yanaşı, deməliyəm ki, artıq bizim ölkədə yazılan heç bir tənqidi yazı, esse, məqalə mənə intellektual qida vermir.

- Belə çıxır ki, müasir ədəbi tənqidimizin durumunu siz də bəyənmirsiniz.

- Yalandan tərifləmək istəmirəm. Ad çəkmək də istəmirəm.

- Mən ad çəkərəm. Məsələn, Cavanşir Yusifli haqqında nə düşünürsünüz?

- Mən onun yazılarını başa düşmürəm. Bütöv yazılarından sadəcə bir cümlə, bir fikir yadımda qalır. Onun yazıları mənə intellektual qida vermir.

- Bəs İradə Musayeva?

- İradə Musayevanın 17-18 il qabaq "Azərbaycan” jurnalında "Şeirimizin bu günü, bu günümüzün şeiri” adlı təhlili məqaləsi dərc olunmuşdu. Pis deyildi. Vaqif Səmədoğlu haqqında monoqrafiyası da pis deyildi, amma sonrakı fəaliyyəti məni qane etmir. Xüsusən, nəsr təhlillərində mətləb hasil olunmur.

Bizim tənqidin bəlalarından biri də odur ki, hansı məzhəbə qulluq etdiyi bilinmir. Bilinmir strukturalistdir, poststukturalistdir, modernistdir, ya postmodernistdir. Tənqidçi hansısa cərəyanın meyarları ilə yanaşmalıdır mətnə. Bizdə isə bu yoxdur.

- Niyə yoxdur?

- Çünki sovet ideologiyası bunların hamısını qadağan etmişdi. İndi isə yeni meyarlar təyin olunmayıb.


Söhbətləşdi: Ulucay Akif 



İmza:

"Cavanşir Yusiflinin yazdıqlarını başa düşmürəm" - MÜSAHİBƏ

Əli Əhmədov: “İstefaya getmək məmurun cəzalandırılması deyil” - MÜSAHİBƏ

Şəfəq Şahməmmədova: Azərbaycan Dillər Universitetinə maraq ildən-ilə artmaqdadır

VAQİF ƏSƏDOV: MƏNZİL BAŞINA SALAMAT ÇATMAQ İSTƏYİRSİNİZSƏ...

“Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Şəhid pilotun xanımı: “Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm...”

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

"Məhərrəm hüzn, kədər və matəm ayıdır"

İnsan dünya planetini özü ilə yüksəldə bilər

Rəşad Məcid: "Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam" - MÜSAHİBƏ

“Görünən hər şey mənəm” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK