hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: QOCALAN XATİRƏLƏRİM Adalet.az | Əbülfət MƏDƏTOĞLU: QOCALAN XATİRƏLƏRİM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: QOCALAN XATİRƏLƏRİM

" Bir qadına... və" silsiləsindən )

8412    |   2019-09-12 10:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır






















Saralıb çiçəklər, quruyubdu tağ

Qar altda qalıbdı güvəndiyim dağ...
Qapın döyüləndə sən gözucu bax -
Gör necə qocalıb xatirələrim...

Saçım yolunubdu, gözüm quyudu
Üzümü oxşayan gözün suyudu...
Sənsiz günlərimin sonu buyudu -
Gör necə qocalıb xatirələrim...

Dilim bir ad bilir, yaddaşım bir söz
Ürəyim ahlardan olubdu köz -köz...
Vaxtından vaxt ayır, bu halımı çöz -
Gör necə qocalıb xatirələrim...

Bir üzü qız qalıb, bir üzü gəlin
Başqa özəlliyi yox üzülməyin...
Bax, səssiz əlindən üzəndə əlin-
Gör necə qocalıb xatirələrim!



İmza:
SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK