Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır - FOTO Adalet.az | Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır - FOTO

1308    |   2019-09-12 10:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası - İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK