Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Türkiyə Günəşli günlər görməyə başlayır - Fatih Terim bəlasından qurtuluş Adalet.az | Türkiyə Günəşli günlər görməyə başlayır - Fatih Terim bəlasından qurtuluş Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Türkiyə Günəşli günlər görməyə başlayır - Fatih Terim bəlasından qurtuluş

6604    |   2019-09-11 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən Türkiyə Millisi növbəti qələbəsini qazanaraq "Avro-2020" çempionatında iştirak üçün çox böyük addım atdı.

Hal-hazırda Fransa ilə eyni xal toplamışam Türkiyə məhz Fransanı məğlub etdiyi üçün qrupa liderlik edir.

Möhtəşəm!

Darıxmışdıq Türkiyənin oyunlarından zövq aldığımız günlər üçün. Ümid edirik hər şey daha yaxşı olacaq.

Bəs son illərdə Türkiyənin uğursuzluğunun səbəbi nə idi? Niyə heyətində daha güclü və daha təcrübəli oyunçular olduğu vaxt Türkiyə bərbad çıxışları ilə hər kəsi məyus edirdi?

Deyim də...

Türkiyə Millisinin o uğursuzluqlarının əsas səbəbi Fatih Terim təfəkkürü və qalatasaraylı oyunçular idi.

Fatih Terim şəxsi məsələlərini oyunçularla münasibətinə alət edirdi. Bir oyunçu ilə münasibəti pis idisə, dünyanın ən güclü oyunçusu olsa belə onun başına oyun açırdı. Milliyə çağırmırdı, çağıranda oyuna salmırdı. Guya kişinin oğlu prinsipialdır da!

Ya da layiq olmasa belə hansısa oyunçunu sırf münasibəti yaxşıdır deyə, qalatrasaraylıdır deyə milliyə çağırıb oynadırdı. Fatih Terimin də qalatasaraylı oyunçularda yaratdığı eqo isə komandada mənfi auranın yaranmasına səbəb olurdu.

Elə buna görə də Türkiyə millisi daha güclü oyunçuları olan dönəmdə heç nə edə bilmədi.

İndi isə oyunçular arasında münaqişə yoxdur. Nə Fatih Terim yoxdur ki "prinsipə" düşüb kiminsə karyerası ilə oynasın, nə də komandada ağalıq iddiasına düşən lazımsız oyunçular yoxdur. Komandanın başında bizə 2002-ci ildəki sevinci (Türkiyənin Dünya Çempionatında 3-cü yeri qazanması) yaşadan Şenol Günəş yenidən komandanın başındadır. İşinə şəxsi məsələləri qatmayan, bütün məsələlərdə rasioanl davranmağa çalışan Şenol hoca ilə Türkiyənin yenidən Günəşli günlər görməyə başladı. Ümid edirik ki, bu Günəşin işığı bu səfər daha parlaq olacaq. 

Düzü indi qalatasarayın heyətində milliyə göndərə biləcəyi türk oyunçunun olmamağının da buna təsiri var. Bu da bir maraqlı faktdır.

Əvvəl "Fenerbahçe"də 5 xarici oyunçu (legioner) olanda türklükdən danışan, türk komandasında türk oyunçuların oynamalı olduğunu deyən qalatsaraylılar indi komandalarının meydana 11 qaradərili ilə çıxmağına söz demir.

Nə demək olar...

Araşdırın görün, bəlkə kolumbiyalıların da kökü türklərə çıxır, Falkao da əsl türk oğlu türkdür!



İmza:

Aliyə Qarayeva: Azərbaycanda olan şərait başqa heç yerdə yoxdur

Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

Qurban Qurbanov Respublika stadionunu yoxladı - Video

Hacı Əliyevə qarşı haqsızlıq, qalmaqal düşdü - VİDEO

ÇL: "PSJ" "Real"ı, "Mançester Siti" "Şaxtyor"u məğlub edib - NƏTİCƏLƏR

“Real” Mbapeyə görə 225 milyon avro təklif etdi

"Olimpiya medalı məni gözləyir" - Mariya Stadnikdən çempionluq şərhi

Qurban Qurbanovdan nikbin açıqlamalar - “Yaxşı nəticə əldə edə bilərik”

"Barselona" azarkeşsiz qala bilər - SƏBƏB

Mariya Stadnik ikinci dəfə dünya çempionu olub

“Mən indi "Real"ı yox, yalnız “Qarabağ”ı düşünürəm" - "Sevilya"nın prezidenti

16 yaşında "Barselona"nın tarixinə düşdü

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK