hacklink Adalet.az | Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib Adalet.az | Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib

6867    |   2019-09-11 10:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblər.

Neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə, valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar ixtisasları üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.

Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevirlər. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də, eyni qrupda təhsil alacaqlar.

Hər iki qardaş Bakı şəhəri 147 saylı Texniki Humanitar liseyinin məzunudurlar.

Rəşad Azadlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə daxil olmuş Prezident təqaüdçülərindən biri olub.

Qeyd edək ki, müvafiq Sərəncamla yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.




İmza:

Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib

Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı

Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib

Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

ADU-nun rektoru Mərakeşin Cadi Ayyad Universitetinin prorektoru ilə görüşüb

BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

Azərbaycan Universitetində gender mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

Türkiyəli professor ADU-ya gəldi - FOTO

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK