Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Onlar da şəhid hesab ediləcək - Baş nazirdən qərar Adalet.az | Onlar da şəhid hesab ediləcək - Baş nazirdən qərar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Onlar da şəhid hesab ediləcək - Baş nazirdən qərar

4885    |   2019-09-11 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nazirlər Kabineti "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edib.

Bnunla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin siyahısına Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının da adları daxil edilib.

Qərara müvafiq olaraq şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti ilə yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətininn kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunacaq.



İmza:

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq

Nazir : "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub

Nazir müavini: Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi

Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

"Azərişıq": Qubada baş verən qəza ilə bağlı araşdırma başlandı

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Rusiyanın 6 şəhərində Azərbaycan təbliğ ediləcək

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK