Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Apple" yeni "iPhone" modellərini təqdim edib Adalet.az | "Apple" yeni "iPhone" modellərini təqdim edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

"Apple" yeni "iPhone" modellərini təqdim edib

1606    |   2019-09-11 09:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Apple" şirkəti Kupertinoda keçirilən təqdimat zamanı yeni "iPhone11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" smartfonlarını təqdim edib.

Yeni model telefon 12 meqapiksel icazəli daha bir kamera əlavə edilib. Bu kameraya "Night Mode" rejimi əlavə ediləcək, bu isə qaranlıqda çəkilmiş fotoların keyfiyyətinin artacağı deməkdir. Həmçinin model ikiqat optik zumla təchiz ediləcək. Kameralardan biri genişbucaqlı olacaq.

Kamera saniyədə 60 kadr sürəti ilə 4K formatında videolar çəkmə qabiliyyətində olacaq. Telefonun ön kamerası isə yavaşıdılmış çəkiliş rejimində videolar çəkə biləcək.

Bundan əlavə, "iPhone 11" 6,1 düym dioqanallı "Liquid Retina" displeyi ilə təchiz ediləcək. "iPhone 11" "iPhone XR" ilə müqayisədə 1 saat daha çox işləyəcək.

Smartfon 6 rəngdə satışa çıxarılacaq. Telefonun qiyməti 699 dollar olacaq.

Yeni "iPhone 11 Pro" 3-cü kamera ilə təchiz ediləcək. Bu "iPhone" 4 rəngdə satışa çıxarılacaq. Bundan əlavə, yeni modelin iki versiyası olacaq: "iPhone 11 Pro" və "iPhone 11 Pro Max". Bu iki versiya displeylərin ölçüləri ilə seçiləcəklər: 5,8 və 6,5 düym.

Həmçinin yeni model yeni despley ilə təchiz ediləcək - "Super Retina XDR".

Yeni modellərin həmçinin "daxili" də dəyişib. Yeni 3 smartfon "A13" prosessorları ilə təchiz ediləcək. Şirkətdn bildiriblər ki, bu prosessor smartfonlar tarixində ən sürətli olacaq. Yeni prosessor saniyədə 3 trilyondan artıq əməliyyat icra edə biləcək.





İmza:

“Umico” ilə alış-veriş edərək “Azercell” nömrənizin balansını artırın

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər

“Bakcell” LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın

"Facebook" "like"ları göstərməyəcək

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Helikopteri saatda 600 km sürətlə uçurtmağın üsulu tapıldı

"Instagram"da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK