ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ağstafada F-1 əl qumbarası aşkar olunub - FOTO

4900    |   2019-09-10 09:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağstafa rayonunun Ağgöl kəndi ərazisində əl qumbarası tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyindən (ANAMA) verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.




İmza:

Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur - Operativ Qərargah

Bu şəhərlərdə yenidən küçəyə çıxmaq məhdudlaşdırıla bilər - TƏBİB AÇIQLADI

AQTA İmişli və Bərdədə reyd keçirdi - İki müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib

Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib

İlham Əliyev Ağcabədidə - FOTO

Güclü külək əsəcək, temperatur aşağı düşəcək

“Üç alov” adlı beynəlxalq festivala yekun vuruldu

İlham Əliyev Tərtərdə - FOTO

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır

SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK