nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | “Onun fikirləri iqtidarın mövqeyini əks etdirmir” - Prezidentin köməkçisi Adalet.az | “Onun fikirləri iqtidarın mövqeyini əks etdirmir” - Prezidentin köməkçisi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Onun fikirləri iqtidarın mövqeyini əks etdirmir” - Prezidentin köməkçisi

10666    |   2019-09-09 13:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır"

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olub:

"Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır.

Xatırladıram ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmiş və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət, əslində sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi.

Müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi.

Hakimiyyətdə olduğu bütün müddət ərzində ümummilli lider həmişə birlik və həmrəylik ideyasına sadiq qalmış, ölkədə vətəndaş sülhü, mili birlik naminə, Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən, hər hansı idarəçilik və intellektual keyfiyyətləri olan insanların YAP-da və YAP-ın qurduğu iqtidar komandasında təmsil olunmasına şərait yaratmışdır. Azərbaycan tarixində həm də, senzuranı ləğv etmiş rəhbər kimi ümummilli lider fərqli siyasi qüvvələrin parlamentdə birgə təmsilçiliyini, siyasi plüralizm və söz azadlığını müasir inkişafın labüd bir prinsipi olaraq qəbul etmiş, ümummilli məsələlərin siyasi opponentlərlə birgə müzakirəsini, bütün məsələlərin həlli naminə hər kəslə açıq dialoqu və əməkdaşlığı vacib saymışdır.

Belə dövlətçi-azərbaycançı yanaşma, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi "mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoymuşdur.

Bir daha qeyd edirəm ki, bu prinsiplər dəyişməzdir, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir”.


İmza:

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı

“Seçkidən qalib çıxmışam, niyə istefa verməliyəm ki?” - Sabir Rüstəmxanlı

Sercio Mattarella: 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub

Çindəki səfirliyimiz tam heyətlə işləyir - XİN

MSK daha altı məntəqənin nəticələrini “sıfırladı” - YENİLƏNİB

Harvard Universitetinin saytında Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

MSK DSK-nın qərarını qüvvədə saxladı

Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb

Azərbaycan-İtaliya sənədləri mübadilə edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNİB

İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşdü

Daha bir məntəqənin nəticələri ləğv edildi

SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK