nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Ehtiyacı olan vətəndaşlar dəyərini ödəməklə yanacaq odunu ala bilərlər - RƏSMİ Adalet.az | Ehtiyacı olan vətəndaşlar dəyərini ödəməklə yanacaq odunu ala bilərlər - RƏSMİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ehtiyacı olan vətəndaşlar dəyərini ödəməklə yanacaq odunu ala bilərlər - RƏSMİ

4396    |   2019-09-06 13:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzləri (RMTM) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və soyuqların düşməsinə qədər həmin kəndlərin əhalisinin odunla təmin olunmasını bitirmək istəyir.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün kifayət qədər odun ehtiyatı var.

Nazir müavini qeyd edib ki, regional meşə idarələrindəki odun tədarükü məntəqələri Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənləran, Tovuz, Şəmkir və Göygöl ərazilərində daimi fəaliyyət göstərir: "Ehtiyacı olan vətəndaşlar bu yerlərə müraciət edərək dəyərini ödəmək şərtilə yanacaq odunu əldə edə bilərlər. Həmin məntəqələr Zaqatala RMTM üzrə Car, Əlibayramlı, Aşağı Çardaxlar, Aşağı Tala, 3-cü Tala, Paşam, Zastava, Kortala, Tülü, Şəki RMTM üzrə Göynük, Oraban, Zəyzid, Qum, İlisu, Ləkit, Qəbələ RMTM üzrə Bum, Vəndam, İsmayıllı RMTM üzrə Qalınçaq, Ağsu aşırımı, Xənəyə, Qaradəyə, Quba RMTM üzrə Uzunmeşə, Vəlvələ, Quba şəhəri, Xaçmaz, Xuray, Şabran RMTM üzrə Zeyvə, Pirəbədil, Əmirxanlı, Giləzi, Siyəzən, Masallı RMTM üzrə Məmmədoba, Şıxlar, Zuvand, Gendərə, Porsova, Buravar, Abidli, Lənkəran RMTM üzrə Haftoni, Əsxənəkəran, Tovuz RMTM üzrə Yanıqlı, Kirən, Qoşakənd, Poylu, Şəmkir RMTM üzrə Şəkərbəy, Yenikənd, Çanaqçı, Göygöl RMTM üzrə Qaraçinar, Yeni Zoddur".

Qeyd edək ki, anbarlarda tədarük olunan odun dəyəri ödənilmək şərtilə qazlaşdırılmamış kəndlərin əhalisinə, təhsil, səhiyyə müəssisələrinə, bağçalara, sərhəd və daxili qoşunların hərbi hissələrinə verilir.




İmza:

Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq etdi

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda daha bir aqrar layihənin təqdimatı keçirildi

Faiq QİSMƏTOĞLU: PİYADANI MAŞIN VURURSA...

Ölümdə həkim səhlənkarlığı varsa, bu cəza tədbirləri seçilir - RƏSMİ

Bakı metrosunda problem yarandı - Sərnişin sıxlığı səbəbindən

Baş prokuror Zakir Qaralov Şirvan və Sabirabad sakinlərini qəbul edəcək

Yol Polisi məktəblilərə mükafat verdi - FOTO

Gəncədə keçirilən kütləvi reyd zamanı 160-dan artıq sürücü cərimələnib

Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında 10-cu yeri tutur

Gəncənin Baş planı hazırlanır

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

SON XƏBƏRLƏR
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.47%)
Pullsuz (10.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK