ANA SƏHİFƏ / MARAQLI

NASA Yerə təhlükə törədən asteroidlərin vurulması planını müzakirə edəcək

12573    |   2019-09-06 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) Yerə təhlükə törədən asteroidlərin vurulması layihəsi çərçivəsində gələn həftə İtaliyanın paytaxtı Romada müzakirələr aparacaqlar.

Adalet.az AZƏRTAC-a istinadən bildirir ki, asteroidin Yerə çırpılması və ondan yayınmanın qiymətləndirilməsi (AIDA) adlanan proqramda bir kosmik gəminin saatda 38,6 min kilometr sürətlə hərəkət edən və Yer kürəsi ilə Mars arasında yerləşən "Didimos" adlı asteroidlə toqquşması ilə bağlı ehtimallar dəyərləndirilir. Sınaq məqsədi daşıyan layihə planetimizin asteroidlərdən müdafiəsində mühüm bir vasitə hesab olunur.

NASA-nın mütəxəssisləri bildiriblər ki, ilk mərhələdə kiçik ölçülü asteroid hədəf götürüləcək. Qeyd olunub ki, onlardan "Didimos A" adlananın ölçüsü 780, "Didimos B" isə 160 metrdir. Sonuncu Misirin Böyük piramidası böyüklüyündə bir qaya parçasıdır. Planetimizə ən asan çata biləcək asteroidlərdən ən böyüyü də elə bu asteroidlərdir.

Astronomların qənaətinə görə, 2123-cü ilədək asteroidlərin Yer kürəsinə yaxınlaşması gözlənilmir. Lakin onlar hesab edirlər ki, layihənin həyata keçirilməsi Yeri təhdid edən digər göy cisimlərinin qarşısının alınmasında da faydalı ola bilər.

NASA-nın məlumatına görə, 2021-ci ildə kosmosa göndəriləcək pilotsuz DART gəmisi 2022-ci ilin ikinci yarısında "Didimos B" asteroidinə çırpılaraq onun istiqamətini dəyişməyə cəhd edəcək. 2024-cü ildə daha bir kosmik gəmi bu məqsədlə kosmik fəzaya buraxılacaq. Daha sonra, 2026-cı ildə hədəfə çatması gözlənilən üçüncü gəmi "Didimos" asteroidində əmələ gəlmiş krateri tədqiq edəcək və ondan nümunələr toplayacaq.




İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK