Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Salam Sarvana kirayə borcum: Kirayə haqqı, düz deyirəm! - Cavi Dan yazır Adalet.az | Salam Sarvana kirayə borcum: Kirayə haqqı, düz deyirəm! - Cavi Dan yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Salam Sarvana kirayə borcum: Kirayə haqqı, düz deyirəm! - Cavi Dan yazır

3951    |   2019-09-05 13:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ya zəlzələdən, ya vəlvələdən, elə oldu ki, bu ay evin kirayə haqqını gecikdirdim. Düşünürəm ki, burada ayıb bir şey yoxdur və kirayədə yaşayan əksər həmkarlarım məni başa düşərlər. Hamımız da gözümüzü Heydər Məscidinin yanında yazıcılar üçün tikiləcək 16 mərtəbəli kooperativ binanın mənzillərinə dikmişik. 

Ümid yeməkdən yaxşıdır, deyiblər və o binaya köçəcək yazıcıların siyahısını görəcəyimiz ana qədər biz o "yeməkdən yaxşı” ilə ruhumuzu qidalandıracağıq. Gündə üç dəfə, yeməkdən 20 dəqiqə əvvəl, ya da 1 saat sonra. Eynən mənim və bir çoxumuzun ürək, təzyiq dərmanları kimi.
Mən ağlağan adam deyiləm, hamı bilir. Dərimi soysalar da, kiməsə ağız açıb ələbaxanlıq etməmişəm və belə edənləri də həmişə ürəyimdə qınamışam. Bu sırf xarakterdən irəli gələn izafi qürur dalğaları daima öz ritmi ilə çırpınmaqda olub damarlarımda. Amma AYB-dan gizli deyil, həmkarlardan nə gizli, bu aralar tez-tez aritmiya hiss etmişəm. Yəni hiss etmişəm ki, ağlağan saydığım həmkarları deyil, özümü qınayıram artıq. Bunun da səbəbi mənim ağlamadığımı görüb təəccüblə dodaqlarını büzən həmkarlar olub. Onlara qəribə gəlib ki, mən nə üçün indiyə qədər təqaüd almamışam, nə üçün antologiyalarda təmsil etməmişəm müasir poeziyamızı və yaxud nəsrimizi və sair və ilaxır.
Sizi inandırım ki, mən özüm də başıma hər tərəfdən hind filmlərindəki qızılgül ləçəkləri kimi yağan bu cür həmkar suallarını eynilə onların özləri kimi, dodaqlarımı təəccüblə büzərək qarşılamışdım. Cavabım hər dəfə bilirsinizmi nə oldu? Bilmirsinizsə deyim: "Mən ələbaxanlıq edə bilmərəm. Mənə oxucu lazımdır, oxucu almalıdır mənim kitablarımı və mən də bundan stimul və maddi rifah alıb yeni əsərlər yaratmalıyam!”
Adama deyərlər, pafosun yansın, qız!
Deməzlərsə, sağ olsunlar.
Amma mən də sağ olmaq istəyirəm. Gecəmi-gündüzümü, enerjimi, yaradıcı potensialımı, istedadımı sevmədiyim, özümə belə nifrət hissiylə işləyib təhvil verərək qonorarı ilə dolandığım redaktə, ssenari işlərinə xərcləyib, səhhətimi itirmək, sonda isə heydən düşüb sözün həqiqi mənasında zar-zar ağlamaq istəmirəm hamının qarşısında. Ki, mənə yardım edin, kirayə cəhənnəmə, dolanışıq cəhənnəmə, heç olmasa dərmanlarımı çatdırım. Allah düşmənimə də göstərməsin o cür miskin və çarəsiz durumu!
Mən elə hala gətirmərəm özümü. Uzaqbaşı yazıdan çəkilib dərzilik edərəm, nə bilim, şirniyyat bişirərəm, bəlkə də elə yol polisi işləyərəm. Nə fərqi var ki, sevdiyim və bacardığım işdən qoparılandan sonra digər bütün işlərin?

*** *** ***

Harada qalmışdım?
Hə, haradan başlamışdımsa söhbətə, ora qayıdım.
Demək, kirayə haqqını gecikdirdiyim üçün evin sahibi maksimum iki gün dözdü və üçüncü gün zəng etdi ki, çatdırsam, yaxşı olar.
Əlbəttə, insan hər şeyi çatdırsa, başqa necə olmalıdır ki? Yaxşı, təbii ki.
Mən də çatdıracağıma söz verib telefonu qapadım və özümə söz verdim ki, bu aralar daha heç bir zəngə cavab verməməyim də elə yaxşı olar.
Bir neçə gün də keçdi. Mənə göndəriləcək redaktə qonorarını gözləyə-gözləyə, ev sahibinin də zənglərindən gizlənə-gizlənə, bir də gördüm ki, ağlıma ədəbi proseslə bağlı gözəl bir ideya gəlib və onu mütləq bir neçə həmkarla bölüşməliyəm. İlk ağlıma Salam Sarvan gəldi. Telefonda nömrəni axtarıb tanış rəqəmləri görən kimi yığdım.
- Alo, - şairin səsi qısılmış və ehtiyatlı idi. Görünür, toplantıda ya vacib görüşdədir, deyə söhbəti təxirə salmağı düşündüm.
- Salam, Salam! – dedim.
- Salam.
- Necəsən? İki dəqiqən olar, bir vacib söhbət üçün?
- Həə, əlbəttə, eşidirəm.
- Mən… (və ardından ideyamı, planlarımı birnəfəsə sayıb bitirdim) Və daha dözə bilmirəm. "Şəms”i yazmalıyam mən, "Afaq”ı yazmalıyam, nə qədər də yarımçıq işlərim var, heyfim gəlir onlara, elə özümə də.
- Hmm… Filankəs xanım, siz heç bilirsiz kiminlə danışırsız?
- Salam…
- Əleykümsalam e, amma siz deyəsən səhv yığmışız nömrəni. Mən filankəsəm.
- Necə yəni? Bəs niyə bayaqdan qulaq asırsız mənə?
- Nə bilim, elə qəşəng danışırdınız ki. Elə bil televizora qulaq asırdım. Öz aramızdır, bizim o evdə həmişə savadlı adamlar qalmışdı, siz ilk savadlı qadınsız. O evin pulunu da…zəhmət olmasa…

*** *** ***

Düzdür, mən əvvəl çaşıb qaldım, sonra hirsləndim və axırda da güldüm. Salam Sarvanın da dəqiq nömrəsini köhnə telefondan tapıb zəng etdim. Dərdləşdim, xəbərləşdim. Amma ağlamadım, təbii ki. Heç vaxt da bunu etməyəcəm. Mən sadəcə içimdə doğulmadan ölməyə məhkum olan əsərlər üçün ağlaya bilərəm hərdən. Onu da kimsə görməz.
Bəs bizim ideyalarımız? Ədəbiyyat sevdamız? Oxucu istəyimiz?
Doğrudanmı bizim ədəbi məkana, bizim ədəbi zamana mənim yazacağım kitablar lazım deyil? Bu qədərmi zəngindir müasir ədəbiyyatımız? Bu qədərmi təkəm mən? Bilirəm ki yox…
Ona görə də bu bir gözü dolan, bir gözü gülən yazını hamımızın adından yazıram.
Halbuki, bunun əvəzinə gözəl bir hekayə yazmalıydım…
Vaxt və güc qalmadı.
Kirayə haqqı, düz deyirəm!

12 aprel, 2019



İmza:

YAZARIN ARXİVİ

2019-09-10 : CHP birinci oldu
2019-09-10 : ELTON QULİYEV :
2019-09-10 : Ağdamda son azan
2019-09-03 : ŞƏRHSİZ...
2019-09-02 : AKİF RÜSTƏMOV:
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK