hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Övladlığa uşaq götürmənin yeni qaydalarının detalları: özünüz seçə bilməyəcəksiniz Adalet.az | Övladlığa uşaq götürmənin yeni qaydalarının detalları: özünüz seçə bilməyəcəksiniz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Övladlığa uşaq götürmənin yeni qaydalarının detalları: özünüz seçə bilməyəcəksiniz

4810    |   2019-09-05 10:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu ilin noyabrın 1-dən övladlığa uşaq götürmək istəyənAzərbaycan vətəndaşları, eyni zamanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yeni - elektron qaydada qeydiyyatdan keçməklə bu xidmətdən yararlana biləcəklər.

Bu barədəOxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Gülnar Bəhramova məlumat verib.

O bildirib ki, yeni övladlığagötürmə modeli sırf beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb:

"Biz beynəlxalq təcrübəni araşdırmışıq, nəticədə təkmilləşdirilmişövladlığagötürmə modeli hazırlamışıq. Çoxlu yeniliklər olacaq.

Övladlığagötürmə modelində əcnəbi vətəndaşlara xüsusi yanaşma sistemi nəzərdə tutulub. Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid elektron uçotueyni qayda ilə aparılır, övladlığa uşaq götürmək istəyən şəxsin övladlığagötürmə prosesinə vahid nəzarət, əsaslandırma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən aparılır.

Əcnəbilər də Azərbaycan vətəndaşları kimi elektron qaydada qeydiyyatdan keçməklə övladlığagötürmə ilə bağlı müraciət edirlər. Amma onlarıngəlirləriiləbağlı qaydalarda fərqlər var. Çünki Azərbaycan vətəndaşlarından fərqli olaraq onlarda gəlirin miqdarı bir qədər artıqdır.

Yeni modelə əsasən, əcnəbilərlə bağlı vahid nəzarət sxemi olacaq. Bu tədbirlər onların yaşadıqları ölkələrdə olan nümayəndəliklərimiz, səfirliklər vasitəsilə həyata keçiriləcək".

Nazirliyin əməkdaşı əlavə edib ki, xaricilərə uşaqların verilməsi prosesi avtomatlaşdırılacaq:

"Vətəndaş artıq birbaşa məmurla təmasda olmayacaq, əvvəlki kimivaxt itkisi qeydə alınmayacaq. Həmçinin övladlığagötürmə üçün lazım olan sənədlərin əldə olunması üçün vətandaşlar dövlət orqanlarına getmək məcburiyyətində qalmayacaq. Onların hamısı altsistem vasitəsi ilə inteqrasiya olunan informasiya ehtiyatlarından avtomatik şəkildə əldə ediləcək.

Eyni zamanda mövcud olan indiki qanunverciliyə görə, şəxs övladlığa götürmək istədiyi uşağı müəssisədən seçirdisə, artıq uşağa uyğun valideyn, həmçinin valideynəuyğun uşağın seçilməsi avtomatlaşdırılmış şəkildə olacaq. Uşaq üçün layiqli valideynin kim olması sistem tərəfindən müəyyən olunacaq.

Yeni modelin mənəvi cəhətdən əsas üstünlüklərindən biri dəancaq uşağın maraqlarının əsas götürülməsdir. Belə ki, uşağauyğun valideynin seçilməsi indiki modelin əsas prioritet istiqamətlərindəndir".

Gülnar Bəhramova əlavə edib ki, bundan sonra övladlığa uşaq götürmək istəyən şəxslər tək qeydiyyat sənədləri ilə bu prosesi həyata keçirə bilməyəcəklər.

"Artıq o şəxslər müxtəlif mərhələlərdən keçməli olacaqlar. Bizim nazirlik tərəfindən həm əcnəbilərə, həm də Azərbaycan vətəndaşlarına onun övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqda rəy veriləcək. Qeyd edilən mərhələlərdən keçən şəxslər haqda rəy formalaşacaq. Mərhələlər isə uşaqla görüşlərin keçirilməsi, təlimlərin nəticələrinin qiymətləndirilməsi, imtahanlar və sınaq müddətindən ibarət olacaq. Bu sınaq müddəti olan 3 ay ərazində uşaq valideyn namizədinin evində yerləşdirilir. Ondan sonra hər ikisinin bir-birinə olan uyğunluğu müəyyənləşdirilir".

Nazirliyin əməkdaşı qeyd edib ki, hazırda uşaqların hansı ölkələrə övladlığa verilməsi ilə bağlı statistika mövcud deyil:

"Hələ ki, bununla bağlı statistika hazırlanır. Çünki yeni övladlığagötürmə modelinin qurulması istiqamətində işlər aparılır. Köhnə statitika araşdırılır".



İmza:
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK