viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | 280-dən çox şagirdin yerdəyişməsindən imtina edilib - SƏBƏB? Adalet.az | 280-dən çox şagirdin yerdəyişməsindən imtina edilib - SƏBƏB? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

280-dən çox şagirdin yerdəyişməsindən imtina edilib - SƏBƏB?

2739    |   2019-09-04 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təhsil Nazirliyinin yaratdığı şagirdlərin elektron yerdəyişməsi sistemi tərəfindən 282 şagirdin yerdəyişməsinə imtina cavabı verilib.

Nazirlikdən verilən məlumata görə, avqustun 15-dən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 19 234 müraciət daxil olub. Onlardan 13 760 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 5192 sorğu baxılma mərhələsindədir, 282 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı və regionlarda Alternativ Qeydiyyat mərkəzləri də fəaliyyət göstərir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi üçün valideyn əvvəlcə yerdəyişmə icra etmək istədiyi məktəbə yaxınlaşmalı, övladının Ümumi təhsil informasiya sisteminə (ÜTİS) daxil edilməsi ilə bağlı müraciət etməlidir. Məktəb tərəfindən həmin şagird sistemə daxil edildikdən sonra valideynə övladının ÜTİS kodu təqdim olunur. Daha sonra valideyn şagirdlərin elektron yerdəyişməsi sistemində (www.sy.edu.az) qeydiyyatdan keçərək müraciət etmək istədiyi məktəbə sorğu yerləşdirir. Bunun üçün valideyn sistemdə şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil edir, daha sonra əldə olunmuş məlumatları təsdiqləyir və istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə gələn SMS-də göstərilmiş təsdiq kodu müvafiq açılan pəncərədə daxil edilir və qeydiyyat tamamlanır.

Növbəti mərhələdə valideyn ÜTİS kodu əsasında övladını elektron sistemdə qeydiyyatdan keçirir, yerdəyişmə etmək istədiyi məktəbi seçir. Sistem həmin məktəbdə boş siniflərin olub-olmadığını göstərir. Valideyn boş yeri olan (qara rənglə qeyd olunmuş) sinfi seçməklə, məktəbə müraciətini tamamlayır.

Sorğuya sistem tərəfindən ən geci 5 iş günü ərzində təsdiq gələndən sonra valideyn övladının şəxsi işini əvvəl təhsil aldığı məktəbdən götürərək müraciət etdiyi məktəbə təqdim edir.

Bundan əlavə, valideyn şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri 258 və 42 nömrəli tam orta məktəblərdə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərinə yaxınlaşa və övladının qeydiyyat prosesini həyata keçirə bilər. Eyni zamanda Alternativ Qeydiyyat Mərkəzindən şagirdin ÜTİS kodunu əldə etdikdən sonra valideyn www.sy.edu.az sisteminə daxil olmaqla yuxarıda qeyd olunan ardıcıllıqla sorğu yerləşdirə bilər.

Digər rayon (şəhər) ümumtəhsil məktəbləri şagirdlərinin Naxçıvan Muxtar Respublikasındakı məktəblərə yerdəyişmə prosesi əvvəlki illərdə olduğu kimi, "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalar”a əsasən həyata keçirilir. Ətraflı olaraq bu linkdən https://edu.gov.az/az/page/394/5172 məlumat əldə etmək mümkündür.

Xaricdə təhsil alan azərbaycanlı şagirdlərin respublikanın rayon (şəhər) məktəblərinə yerdəyişmə prosesi də Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi qaydalarına əsasən, həmçinin yuxarıda adıçəkilən Alternativ Qeydiyyat mərkəzlərində həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım məqsədi daşıyır.

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.




İmza:
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK