Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir Adalet.az | Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir

2058    |   2019-09-04 16:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov İtaliya səfirliyinin dəvəti ilə 3-4 sentyabr 2019-cu il tarixlərində Roma şəhərində işgüzar səfərdədirlər.

Tibb sahəsində Azərbaycan-İtaliya əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı çərçivəsində Tibbi Xidməti İdarəsinin nümayəndə heyəti İtaliyanın ən qədim hospitallarından biri sayılan və uşaq kardiocərrahiyyəsi sahəsində dünya şöhrətini qazanmış Bambino Gesu Hospitalının nümayəndələri ilə görüşlər keçirib.

Görüşdə İtaliya tərəfindən Bambino Gesu Hospitalının tibb direktoru Enoc Maricella, Uşaq Kardiologiyası və Kardiocərrahiyyə Departamentinin rəhbəri professor Fiores İorio Salvatore, Uşaq Kardiocərrahiyyəsinin rəhbəri professor Galletti Lorenzo, Beynəlxalq Əlaqələr Departamentinin direktoru Volpi Paola, İtaliyanın Azərbaycandakı səfriliyinin tibbi konsultantı professor Franko Nakarella və Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Azərbaycanın İtaliyadakı səfirliyi bu görüşlərin təşkili və keçirilməsinə fəal dəstək verib.

İkitərəfli görüşlər zamanı Bambino Gesu Hospitalı ilə Mərkəzi Gömrük Hospitalı arasında uşaq kardiocərrahiyyəsi və pediatriya sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, həkimlər arasında təcrübə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması və s. imkanlar müzakirə olunub.

Qeyd edək ki, Bambino Gesu Hospitalı 1869-cu ildə İtaliyanın Roma şəhərində fəaliyyətə başlamış və hazırda pediatriya sahəsində İtaliyanın ən nüfuzlu hospitallarından biridir. Yüksək ixtisaslı kardiocərrahların işlədiyi, ən innovativ tibbi avadanlıqlar və cihazlarla təmin edilmiş Bambino Gesu Hospitalında ağır ürək qüsurlu uşaqların unikal əməliyyatları uğurla həyata keçirilir. Bambino Gesu Hospitalına təkcə İtaliyadan deyil, eyni zamanda qonşu Avropa ölkələrindən ürək qüsurlu uşaqların müalicələri ilə bağlı müraciətlər edilir.




İmza:

Genekoloq Təranə Fətəliyevanın iyrənc əməlləri

Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR

Antibiotiklərlərin satışına nəzarət artırılsın - TƏKLİF

Aşura günü qan verən 49 nəfərdə sifilis aşkarlanıb

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub

Kardioloq təhlükəli yuxu formalarından danışdı

Bu qidalar xərçəng xəstəliyindən xilas edir - SİYAHI

Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA

Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər

Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK