warez forum warez script hacklink Adalet.az | 26 il əsirlikdə - Qubadlı ilə monoloq Adalet.az | 26 il əsirlikdə - Qubadlı ilə monoloq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

26 il əsirlikdə - Qubadlı ilə monoloq

Orxan Aslan

5686    |   2019-09-03 09:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həsrətinin nə az, nə çox düz 26 yaşı tamam olur. Adın gələndə doğma el-obam dediyim yeri hər dəfə işğal günü ilə xatırlamaq necə hissdir, bilirsənmi? Ürək sızıltısı ilə gedib ön cəbhədə sipər şəklində qoyulan tikanları keçə bilməmək, hər kəs öz rayonundan danışanda başını aşağı salmaq, sənin həsrətinə bəstələnmiş muğamları dinləyib ağlamaq, Arazın o tayından dağlara baxmaq və daha nələr, nələr... Bəlkə də dünyada ən çox danışmaq, dərdləşmək istədiyim Sənsən. Bilirsən niyə? Çünki hamı səndən imtina etdiyimi düşünür. "Torpağı qoyub, niyə gəlirdin?", "Elə vətəni qoruyan idinsə, niyə qoyub, qaçdın?", "Sən niyə uğruna şəhid olmadın?" bunlardan da betər ifadələr eşidirəm. Əhd etmişəm, ayağımı o torpaqlara basdığım an səninlə ilk söhbətimiz belə olacaq. Hər dəfə mən danışırdım, Sən susurdun. Bu dəfə mən tək danışmayacam, sənin yerinə özümdən cümlələr uydurmayacağam. Sən də danışacaqsan. Susmayacaqsan...

- Salam, doğma torpağım - Qubadlım.
- Necəsən?
- Səni əsirlikdə olan bir doğmama bənzətmişəm.
- Hər dəfə uçub dağılan evləri görəndə sənə verilən işgəncələrin necə dəhşətli olduğunu təsəvvür etmişəm.
- Uçuq-sökük evlərin qol-qanadının qırıq olduğunu göstərsə də, uca dağların, qayaların var olduğunu, ayaq üstündə mərd dayandığını əks etdirir.
- Bilirəm, bizlərin sənə ehtiyacı olduğu kimi, sənin də susuzluqdan dodaqları kilidlənmiş biri kimi bizə ehtiyacın var. Çünki biz sənin torpağında doğulmuşuq. Sənin çayından su içmişik. Gözəlliyinə heyran qaldığımız meşələrindən təmiz hava udmuşuq. Daha nələr, nələr saymaqla bitməz...
- 26 ildir, həsrətinlə bərabər torpağında əsl igid kimi böyüyən ərənlərin də dillər əzbəri olub. Əliyar Əliyev, Həsən Qorxmaz və digərləri. Şəninə nə qədər tərif deyilsə də, bunları sən eşitmirsən...
- Bax yenə də, mən danışıram, sən susursan. 26 ildir, susduğun kimi...
- Ən pisi bilirsən nədir? Şəkillərinə baxıb, səni orda o vaxt qoyub gəldiyimiz kimi təsəvvür etməkdir. Müxtəlif saytlardan yeni dağılmış vəziyyətdə görüntülərini görürəm, amma heç vaxt demirəm ki, ora Qubadlıdır. Sən hələ də bizim o illərdə qoyduğumuz, uşaqlığımızın, arzularımızın, neçə-neçə xəyalların reallaşacağı torpaqsan. Sənin haqqında danışanda həmişə dilim topuq vurur. Bir tərəfi yaralı olan əsgər kimi danışıram. Amma danışmaqdan nə yorulur, nə də bezirəm. Ancaq adamı bitirən, yox edən həsrətdir, həsrət...
- Yəqin bilirsən də 2016-ci ildə düz burnunun dibinə kimi gəldik, amma qovuşmağa yenə qoymadılar. Ürəyim göynədi.
- Sən orda bəlkə də bizi haraylayırsan, biz də burda səni. Ancaq hər ikimiz də lal, kar oturub gözləyirik.
- Ehh nə danışsam da, desəm də yenə bircə cavab vermirsən. Lal uşağı olan valideyn övladının dil açıb danışacağını gözlədiyi kimi mənə də bir gün cavab verəcəyin ümidi ilə yaşayıram…
- Sənə buralar barədə danışsam, inan hər şey gözəldir, amma nə fayda sən olmadıqdan sonra... Neynirəm o sarayı, varı, dövləti...
- Həqiqətən, özüm-özümə deyirəm ki, bu dünya çox qəribədir. Öz ata-baba yurdunda doğulasan, böyüyəsən ancaq oranın həsrətilə yaşayıb bu 400 km-lik yola gedib çata bilməyəsən. Çox arzularla, "kaş"larla yaşamışıq, kaş bu yol Qubalıya gedəydi, kaş bu qatar Qubadlıdan keçəydi, kaş, kaş, kaş... Hələ də hamısı "kaş"lar olaraq qalır.
- Sənsizlik bilirsən nədir?
- Bu illər ərzində danışmağımız, ancaq sənin isə susmağındır... Varlığın var, ancaq özün yoxsan…


İmza:panorama.az

YAZARIN ARXİVİ

2020-01-14 : Türk qambiti
2020-01-10 : MUŞTULUQ
2019-12-25 : ŞƏRHSİZ!!!
2019-12-20 : TƏBRİK
2019-12-19 : ŞƏRHSİZ!!!
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK