Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Allahşükür Paşazadə Kralla görüşdü Adalet.az | Allahşükür Paşazadə Kralla görüşdü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Allahşükür Paşazadə Kralla görüşdü

7706    |   2019-09-02 16:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ciddə şəhərində yerləşən Əs-Səlam kral sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

QMİ-dən Adalet.az -a verilən məlumata görə, əvvəlcə QMİ sədri Kral Əla-həzrətlərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Öz növbəsində, Kral Salman Al Səud Şeyxülislam Paşazadədən öz salamlarını İlham Əliyevin çatdırmasını xahiş edib.

Qəbul əsnasında tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi haqda fikir mübadiləsi aparıblar.

Qəbulda Səudiyyə Ərəbistanı tərəfindən Daxili İşlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Səəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfindən isə QMİ sədrinin müavini müfti Salman Musayev və Milli Məclisin üzvü Cavanşir Paşazadə iştirak ediblər.



İmza:

Azərbaycanla Qazaxıstan arasında Xəzər üzrə ikitərəfli məsləhətləşmələr keçirilib

Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq

Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək

Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞ-da görüşə bilər

Britaniyanın Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi Müdafiə nazirinə təqdim edilib

Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib - FOTO

Azərbaycanla Latviya arasında protokol imzalandı

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır

Türkiyənin Vitse-prezidentindən Qarabağ açıqlaması

Novruz Məmmədov: “Türkiyə daim bizim yanımızdadır”

XİN-dən Özbəkistanın Türk Şurasına üzv olması ilə bağlı bəyanat

SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK