Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: İNSANLIQ YOLU... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: İNSANLIQ YOLU... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: İNSANLIQ YOLU...

Dözümsüzlüyümə dözənlər üçün

5684    |   2019-08-30 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç özümü toparlaya bilmirəm. Elə bil ki, əlimi uzatdığım hər şey uçmağa hazır kəpənəkdi... qaçmağa hazır dovşandı... Tutmaq cəhənnəm, heç toxuna da bilmirəm. Ona görə də əsəblərim də tarıma çəkilib. Hər şeyə, hər kəsə qarşı dözülməz olmuşam. Və bu halımla özüm həm aqreassiv, həm də məzlum kimi görürəm. İnanın ki, bu halı kinolentə alsam, bu yaşananları ssenariləşdirsəm, onda insanın, indiki məqamda isə mənim niyə yaşadığım və ümumiyyətlə, yaşamağın mənim üçün nə qədər mənasız olduğunu görüb heyrətlənərsiniz. Lap əsəbi şəkildə "niyə?” sualını versəniz də, hər bir sualın qarşısında canlı bir varlığın, gerçək bir hərəkətin, deyilmiş bir sözün dayandığı sizə bəlli olanda onda mənimlə razılaşacaqsınız. Axı, biz bu həyatın bir hüceyrəsiyik. Deməli, həyatın özündə baş verənlər mütləq bu heceyrəyə də öz təsirini göstərir. Bax, bu mənada mən indi həm üfürülmüş şam, həm də özünə yığılmış bir kirpi kimi nə edəcəyini, nə baş verəcəyini qərarlaşdıra bilmədən eləcə ortada çapalya-çapalaya qalmışam. Nə adam kimi sevinə bilirəm, nə də ki, adam kimi ölüb qurtarmıra. Bax, ən dəhşətlisi də budu!..

Bəli, səhərin gözü açılandan şər qarışana kimi hər kəs evinə, yuvasına dönənə kimi çalışmaq, çarpışmaq, mücadilə etmək, bir tikə çörəyin izinə düşmək və sonda da bütün bunların ya mənasız bir hərəkət, uğursuz bir addım, ya da boğaza tıxanmış düyün olması insana necə rahatlıq verə bilər ki?! Canla, başla, ürəklə işləyirsən, sevirsən, özünü həsr edirsən. Nəticədə ya əlin ətəyindən uzun olur, ya da bütün bunlar boynumuzda bir minnət kimi qalır. Kiminsə sənin hala zəhmətinə ödədiyi çörəkpulu da minnətli şəkildə baş töhmətinə çevrilir. İndi belə çörəyə, belə dəyərə hansı adı verəsən? Onu necə çeynəyib udasan?

Düşünməyin ki, mən qarın davası, gödəniyyət söhbəti edirəm. Xeyr! Sadəcə olaraq, insan yaranıbsa, yaşayırsa, onun haqları heç olmasa özünün bir ömürlük həyatını idarə etməyə imkan verməlidir. Cah-cəlalla yox, sadəcə başını aşağı salıb yaşamasına təminat olmalıdır. Bax, elə bu aspektdən də mənim içimi alt-üst edən gerçəkliklərə baxanda özümün gərəksizliyimə, özümün "artıq adam” olmağıma şübhə qalmır. Çox da ki, mən sevgi üçün doğulduğumu şüara çevirmişəm. Özümdən bədbin şəkildə bunu həyat kredoma çevirmişəm. Axı adama deyərlər ki, sən kimsən, sevgi kimdi? Sən hara, sevgi hara? Sevgi əslində qarşılıqlı olmalıdır... anlayışlı olmalıdı... Ən vacibi bir-birinin varlığnda günah, qüsur yox, işıq axtarmalıdı. Mən isə bu yazdıqlarımdan və siz oxucuları soruşduqlarınızdan bir xeyli uzaqdayam...

Lakin sualların, ittihamların sərtliyinə baxmayaraq, indinin özündə də sevgini və Səni düşünürəm. Sevgiyə və sənə qurban etdiyim ömrü o qurbanlıq anına qədər qorumaq niyyətinədəyəm. Hətta yazmışam ki:

Mən səni

bu qədər sevirəm...

və səni

bu qədər sevdiyimi

otdan, ağacdan,

oddan, sudan,

torpaqdan, səmadan

tutmuş

divara, daşa qədər

hələ ondan da betər

canlı, cansız

hər kəsə

deyirəm, bildirirəm...

qarşılıq yox,

sadəcə

deyim birbaşa

iynənin ucu boyda

dilək diləyirəm

və deyirəm

ovcundakı ürəyimi

bir az bərk çırp

ayağının altındakı daşa...

ovcun yükdən qurtarsın.

***

Heç kim heç nədən sığortalanmayıb. Söhbət hansısa şirkətlərin etdiyi sığortalardan getmir. Yəni nə səhiyyənin, nə təhsilin, nə avtomobilin... ümumiyyətlə, bu məzmunlu sığortalardan danışmıram. Söhbət böyük anlamda sabahkı gündən gedir. O sabahın açılıb-açılmayacağından və həmin sabaha mənim ayaq qoyub-qoymayacağımdan gedir söhbət. Bunu bir Allah bilir. Və deməli, bu mövzu ətrafında müzakirə açmaq, onu disskusiyaya çevirmək özü hardasa dəliliyin ən yaxşı nişanələrindən biridi. Düzdür, mən tam ağıllı olmağımdan o qədər əmin deyiləm. Çünki tam ağıllı adamlar mənim qədər səhvlər etməyiblər və mənim qədər də səhvlərinin əziyyətini çəkməyiblər. İnanın ki, tam səmimiyyətimlə deyirəm. Hətta əlimi ürəyimin üstünə qoyub and da içə bilərəm. Ən azından yazı-pozu aləmində nə qədər haqsızlığa tuş gəldiyimi, qarşılığında mənə haqsızlıq edənlərə qucaq açdığımı, onların təkrar məni vurmasına dözməyimi özünüz düşünsəniz, onda ağlıma şübhəniz mütləq yaranacaq. Nə isə...

Bəli, mən bir az da xəyalpərəst, bir az da yerdən küskün adamam. Ona görə də göy üzünə, buludlara daha çox üz tuturam. Və qurduğum xəyallar da, necə deyərlər, yatanda gördüyüm yuxular da mənə nələrisə pıçıldayır... nələrisə xatırladır. Hətta bəzən xəyalımdan keçirdiyim çin olur.

Elə bu günlərdə səhərin gözü yenicə açılmış nəşriyyatdakı otağımda bir-iki dəqiqəlik gözümün acısını aldım. Və yuxuda gördüm ki, dəyərli ustadım Hidayət Elvüsal çox narahatdı. Otaqda gəzişir, özünə yer tapa bilmir. Həmin o bir-iki dəqiqəlik yuxudan oyanıb üzümü ona tutub yazdım:


Gecəni kipriklə qor qarışdırdım

Gəzdim, tapammadım, gor qarışdırdım...

Elə əl havası tor qarışdırdım –

Çıxmağa utandım ruhlar üzünə...


Bir az da möhkəm dur, dönüm gözünə...

Sinəmdə göynərti anbaan artıq

Xoşbəxt o kəsdi ki, ürəkdə yatır...

Hər gün Ay da doğur, Günəş də batır –


Hər gün də su damır ümid közünə...

Bir az da möhkəm dur dönüm gözünə...

Gücünü toparla qırılsın yedək

Hərəmiz üz tutub düz səmtə gedək...


Tuğda, Kəlbəcərdə ibadət edək –

Sözün Allahına, sözün özünə...

Bir az da möhkəm dur, dönüm gözünə...

Nə vaxtsa olacaq elin vüsalı


Öpülən dodağın, telin vüsalı.

Qələbə! – adlanan selin vüsalı –

Təpər gətirəcək titrək dizinə...

Bir az da möhkəm dur, dönüm gözünə...

Bəli, şeiri yazandan sonra günün ikinci hissəsində ustad Hidayət Elvüsalla telefon əlaqəsi saxladım. Və məlum oldu ki, səhərə qədər böyrək əziyyəti çəkib, böyrək ağrıları onu haldan salıb, rahatlığını pozub... Bax, bu, ürəkdən-ürəyə yoldu, ruhun-ruha bağlantısıdı. Və bu bir də bizim eyni şineldən çıxmağımızın göstəricisidi. Bütün bunları yazmaqla mən kiməsə öncə görməmi və yaxud duyğusallığımı göstərmək istəmirəm. Sadəcə, həyatın gerçəkliklərini bir işartıyla, bir ifadəylə xatırlatmaq, diqqətə çatdırmaq niyyətim açıqlayıram. Demək istəyirəm ki, bir az diqqətli olaq, bir az duyğusal olaq, bir az anlayışlı olaq. Bir-birimizin nə çəkdiyini, çiynini hansı yükə verdiyini bilək və bildiyimiz halda da unutmayaq. Əks halda, biz özümüz də unudulacağıq... biz özümüz də dəyərsiz, gərəksiz olacağıq... Necə ki, bu gün mən özümü elə hiss edirəm. Ona görə ki, sən daha yüksəkdə, daha uca mərtəbədə, daha həssas məqamlardasan... Mən isə...

Elə bu yerdə dözə bilməyib yenə üzümü sənə tuturam:


Gözlərinin duzunu

Sıx yaramın üstünə...

Qaysaqlar cadarlayıb –

Çıx yaramın üstünə...


Sellənib gəlir odu

Batırar məni o su...

Doğradığın kol-kosu –

Yığ, yaramın üstünə...


Kiprikdəki yaşı da

Ad yazılan daşı da...

Həsrətlə savaşı da –

Yıx yaramın üstünə!


Şüşə ürək ta sınsın

Sözüm səsdən asılsın!

Möhür kimi basılsın –

Tuğ yaramın üstünə!

***

Adətən ruzi Allahdan gəlib deyiblər. Onun verdiyinin qarşısını kimsə bağlaya bilməz. Elə ona görə də daş üzərində ağac bitirən o güc sahibinə səcdə edirik və bilirik ki, daşı da göyərdir Tanrınız! Amma ruzinin qədrini bilmək, ruziyə dəyər vermək də insanın, yəni Allah bəndəsinin bir missiyası, bir borcudu. Çox təəssüf ki, Allahın verdiyini bəndələr öz adına çıxır və kiminsə başına qaxır bunu. Və beləcə halal haqqın olan, Tanrı verən qismət səni həmişə sıxır. Bu fikrə mən təkrar ona görə qayıdıram ki, sevgini də verən Allahdı. Ondan qaçmaq, ondan qurtulmaq və onu kiminsə üzünə çəkib utandırmaq... bütün bunlar mənə görə, ən azından insafsızlıqdı. Bax, elə insafsızlığın özü də adamı səbrdən çıxarır, adamın ürəyini partladır. Düşünürsən ki, insan olaraq, bəndə olaraq, heç bir qarşılıq ummadan yalnız Allah xatirinə edilən hərəkət, göstərilən bir diqqət niyə madiyyat olaraq təmənnalı görünür, təmənnalı hesab edilir. Axı Yaradan hər kəsin çiynində bir mələk oturdub. Kim onu görürsə, kim başını döndərib ona baxırsa, o, Allahın yolunda və bir də Allahın onun qəlbində açdığı yoldan çıxa bilməz. Bu sevgi yoludu. Bu böyük anlamda İNSANlıq yoludu. Biz niyə hər şeydən qarşılıq gözləyirik? Biz niyə hər şeydən umacaqlıyıq? Bu sualın cavabını tapa bilmirəm. Şəxsən mən təmənnadan daha çox diqqət xəstəsiyəm. Yəni kimin üçünsə bir iynə ucu boyda nəsə etmişəmsə, onun qarşılığını yox, onun diqqətini görmək istəmişəm. Bunu da ona görə içimdən keçirmiçəm ki, həmin görülən işin faydalılığına bir daha inanım. Daha başqa bir təmmənam olmayıb...

Bəli, indi özümü toparlaya bilmədiyim bu məqamda bir daha ağlımdan keçirirəm ki, görəsən nə zamana qədər maddiyyat şəxsən mənim üçün problemə çevriləcək? Və nə zamana qədər biz onu müzakirə edəcəyik? Bu sualdan sonra bir anlıq susuram. Elə bilirəm ki, daha hər şey bitdi, hər şey öz yoluna, öz axarına qayıtdı... Bu, daxili inamdı... bu, özümün verdiyim qərardı... Amma sənin inamının, qərarının nə olacağını söyləməkdə acizlik çəkirəm. Çünki...

Həyatın ən sərt, ən amansız dönəmi təbii ki, mənim üçün düşünmədiyim, heç ağlımın ucuna da gətirmədiyim nələrində sənin dilinə gəlməsi, səni qıcıqlandırmasıdı. Bunu heç vaxt həzm edə bilməmişəm... bunu heç vaxt nə sənə yaraşdırmışam, nə də özümə. Ona görə də yumruqlarımı dizimə çırpmaq belə mənə yersiz görünür. Sadəcə, gəldiyim ilk qənaət bu olub ki, Sən məni yanında görmək istəmirsən! Başqa heç nə ağlımdan keçməyib. Və...

P.S. Bəli, dözülməz olduğumu bilirəm. İddialarımdan yox, istəklərimdən kimlərinsə bezdiyini də öyrənmişəm. Və deməli, özüm öz içimdə nə boyda günahkaramsa, ondan xəbərim var. Amma çox istərdim ki, elə günahlarımı da özüm boyda görəsiniz... dözülməzliyimi də özüm kimi yozasınız... Allah köməyiniz olsun, mənə dözənlər!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK