Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Ali Baş Komandan ordu quruculuğu işinə yüksək qiymət verir” - Kərim Vəliyev Adalet.az | “Ali Baş Komandan ordu quruculuğu işinə yüksək qiymət verir” - Kərim Vəliyev Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Ali Baş Komandan ordu quruculuğu işinə yüksək qiymət verir” - Kərim Vəliyev

8257    |   2019-08-30 12:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərlə seminar keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu işinə, ordunun döyüş qabiliyyətinə, onun şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhuna daim yüksək qiymət verdiyini bildirib. Hərbi hissələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin üzərinə düşən vəzifələrdən danışan nazir müavini möhkəm hərbi intizamın ordunun keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biri olduğunu qeyd edib.

General-leytenant K.Vəliyev bildirib ki, toplantıya cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirəcək, Ali Baş Komandanın və Müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev Azərbaycan Ordusunda nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlərdən və perspektivlərdən, intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlardan və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin üzərinə düşən vəzifələrdən danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndəsi Ruslan Əliyev "Azərbaycan Respublikasında 2019-cu ilin oktyabr ayında keçiriləcək "Əhalinin siyahıya alınması” tədbiri ilə əlaqədar hərbi hissə və müəssisələrdə hazırlıq işlərinin müzakirəsi” mövzusunda çıxış edərək bununla əlaqədar hərbi şəhərciklərdə, qapalı müəssisələrdə görüləcək işlərə aydınlıq gətirib.

Toplantıda Respublika Hərbi Prokurorluğunun nümayəndəsi ədliyyə polkovnik-leytenantı Ceyhun Cəfərov, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinə təsir edən bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.



İmza:

Novruz Məmmədov: “Türkiyə daim bizim yanımızdadır”

XİN-dən Özbəkistanın Türk Şurasına üzv olması ilə bağlı bəyanat

Hikmət Hacıyev Paşinyanın qeyri-ciddiliyini sübut etdi - VİDEO

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib

Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb

“Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov

Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb

Gürcü nazir Bakıya danışıqlara gəlir

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Gömrük orqanları arasında əməkdaşlıq müzakirə edildi

Türkiyənin Vitse-prezidenti Azərbaycana gəlir

İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK