Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ARZU ƏSƏD: O gəmi batmayacaq! Adalet.az | ARZU ƏSƏD: O gəmi batmayacaq! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ARZU ƏSƏD: O gəmi batmayacaq!

11030    |   2019-08-29 17:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır




















Okean sularında iki Ulu, iki dev -
İstiqlal baniləri – "Rəsulzadə”, "Əliyev”
Dağ kimi dalğaları köksündə yara-yara,
Qalibiyyət əzmini daşıyır limanlara.

Okean sularında yüzlərlə belə gəmi –
Maddyyat zirehində mənəviyyat aləmi.
Gəmilərin üstündə Azərbaycan adları –
İnsan, zaman və məkan – tariximin qatları.

Başları üzərində qoşa ay-ulduz yanır,
Bir millət, iki dövlət bayrağı dalğalanır-
Bu günümün gerçəyi, dünənimin röyası –
Okean sularında Azərbaycan dünyası.

Bir qaranlıq gecədə "Rəsulzadə” vuruldu,
Sular öncə bulandı, sonra durdu, duruldu.
Azadlığın günəşi qüruba çatdı - deyə,
Müstəqillik gəmisi sularda batdı - deyə
Köpürə, qıza-qızaVerdi ağız-ağıza
Qaranlığa tapanlar, aydınlığı dananlar,
Fikri, sözü, xəyalı, eşqi də qısqananlar.

"Rəsulzadə” sarsmadı, o indi dəmirdəndi,
Zərbə yenə kürəkdən,zərbə həmin yerdəndi.
Fırtınalar qoynuna atıldığından bəri
Azmı dəyib ömrünə taleyin zərbələri?!
Qədər yenə gücənsin, yenə oyunu əysin,
O namərd zərbələrin biri də belə dəysin,
Batmaz, batırılamaz, batmayacaq o gəmi –
Bir sevda, bir ideal, bir ruhdur Məmməd Əmin!

O gəmi, o gəmilər bizim xəyallarımız,
Bizim arzularımız və ideallarımız.
Onlar hər birimizin uşaqlıqdan xatirə
Sulara buraxdığı kağız gəmilərdilər –
Böyüyüb, dəmirləşib bir ömrün yollarında
İndi gerçək üzürlər okean sularında.

Hər günün öz tələbi, hər dövrün öz dəbi var,
Maddiyyatın qəlblərdə yanğısı var, təbi var.
Bir qlobal güc varsa milyarder olmasında,
O niyə Azərbaycan övladı olmasın da?!

Ey ümid düşmənləri, ey xəyal yoxsulları!
Vətənsiz zehniyyətin quduz, qısır qulları!
Mənim xəyal etməyə haqqım, gücüm yoxmudur?
Azərbaycanlı üçün bu yüksəliş çoxmudur?
Niyə Bill Qeytslər olsun, Abromoviçlər olsun,
Mübarizlər olmasın!?
Bizim də fikrimizdə hələ fəth olunası
Yerlər, göylər, qitələr və dənizlər olmasın?
Niyə varı olanın milli hissi olmasın,
Vətən eşqi olmasın?
Olmursa da, heç onun varı keşkə olmasın!

Sərvət əyləncə deyil, sərvət oyuncaq deyil,
Əyləncə olan sərvət sahibinə haqq deyil!
Sərvət eyş-işrət deyil, zəhmətsiz həyat deyil,
Qollarda gəzdirilən milyonluq saat deyil.
Sərvət haqqa ibadət, insanlığa xidmətdir,
Xidmət olmayan sərvət bir ömürlük lənətdir!

İndi kimin əlində Qarabağ girov, əsir,
İndi kimin hədəfi dənizdən-dənizədir?
Sərvət bizə gərək ki, torpağı azad edək,
Sərvət bizə gərək ki, Vətəni abad edək.
Yeri-göyü titrədən möhtəşəm ordu quraq,
Azərbaycan adında səadət yurdu quraq.
Biz artaq, biz çoxalaq Vətən deyə, haqq deyə,
Dənizdən dənizə də, qitədən qitəyə də!

Okean sularında iki Ulu, iki dev,
Hardadır "Rəsulzadə” – nigarandır "Əliyev”.
Dağ kimi dalğaları köksündə yara-yara
Qalibiyyət əzmini daşıyır limanlara.
Dalğalanır o bayraq başının üzərində,
Gözləri gələcəyin sonsuz üfüqlərində.
Bu lal sularda necə fırtınalar gözlənir,
Qasırğalı dalğalar çırpınır, qalxır-enir.
Qarşıda hələ neçə ağır, çətin səfər var,
Qazanılmalı neçə Qələbə var, zəfər var.
Heydər bilir, inanır Məmməd Əmin dönəcək,
Dumanların içindən sıyrılıb görünəcək.
Azadlıq sularında iki Ulu, iki ruh
Yenə qoşa üzəcək, üfüqlərə üz tutub.
Yenə bir çırpınacaq xalqın qoşa qanadı –
Fırtınalar qoynunda Azərbaycan inadı!

Dəmirlər qırılar da, dəmirlər yapılar da,
Bu xalqa düşmən olan hər zaman tapılar da.
Xəyalları uğrunda dünyanın dörd yanında
Dişi - dırnağı ilə bu həyatla çarpışan,
Yıxılan, qalxan, duran azərbaycanlılar!
Sizin ki qəlbinizdə Vətən, millət eşqi var,
Fırtınalar qoynunda ömür yükü daşıyan,
Azərbaycan ruhunu varlığında yaşayan
O gəmi, o gəmilər kimi məğrur, mübariz
Okean sularına qalib dönəcəksiniz!

Ömrümüzdə onlardan qalan izlər yaşasın,
Vətən üçün can qoyan Mübarizlər yaşasın!




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK