viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Türkiyədə edam cəzası qüvvəyə minə bilər - Ərdoğan danışdı Adalet.az | Türkiyədə edam cəzası qüvvəyə minə bilər - Ərdoğan danışdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Türkiyədə edam cəzası qüvvəyə minə bilər - Ərdoğan danışdı

16027    |   2019-08-29 11:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az xəbər verir ki, Moskva ziyarətindən döndükdən sonra jurnalistlərə danışan Ərdoğan son hadisələrlə və atılacaq addımlarla bağlı bunları deyib:



- Ədliyyə nazirinə dedim, hüquqi müstəvidə nə etmək lazımdırsa, əvvəlcə onu edəcəksiniz. Açıq danışacağam, təbii ki partiyamdakı insanlar da daxil, mənim də könlüm edam cəzasını istəyir. Bir qadını bıçaqlayaraq öldürürsən, həm də qızının gözləri önündə. O övlad da "ana, ölmə” deyir. Qadın qan içində. Ondan sonra bəziləri çıxır və insan haqqlarından dəm vurur. "Bunu necə istəyə bilirsiniz? Bu, Avropada yoxdur” deyirlər Avropada yoxdursa, olmazmı? Avropada bu yox deyə biz doğru yoldan, haqdan azacağıq? ABŞ-ın müxtəlif əyalətlərində var. Dünyanın müxtəlif ölkələrində də var. Demək ki, ola bilər. Can bu qədər bəsitdirmi? "Əfəndim, insan haqları bunu qəbul eləməz” deyirlər. Qəbul eləməsin. Parlamentdə müzakirə olunsun, qərar versə, mən də təsdiqləyəcəm. Vicdanımın səsinə də inanıram.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK