Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Agentlik sədri: Bütün gübrə satıcılarında pos-terminallar olmalıdır Adalet.az | Agentlik sədri: Bütün gübrə satıcılarında pos-terminallar olmalıdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Agentlik sədri: Bütün gübrə satıcılarında pos-terminallar olmalıdır

2814    |   2019-08-28 16:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) gübrə təchizatçıları - gübrə istehsalçıları və satıcıları ilə görüş keçirilib. Görüşə 50-dən çox mineral və orqanik gübrə təchizatçısı qatılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iştirakçılara Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların icra mexanizmi barədə geniş təqdimat edilib.

AKİA sədri Mirzə Əliyev vurğulayıb: "Fermerlərin subsidiyadan istifadəsinin asanlaşdırılması, onlara verilən subsidiyanın təyinatı barədə hesabatlılığın təmin edilməsi üçün bütün təchizatçıların, o cümlədən gübrə təchizatçılarının şəffaf işləməsi vacibdir. Buna görə də, ilk növbədə, fermer kartı ilə ödənişlərin təmin edilməsi üçün bütün gübrə satıcılarında pos-terminallar olmalıdır. Bununla biz fermerlərin subsidiyadan istifadə ilə nağdsız alışlarını təmin edəcəyik".

Sədr əlavə edib ki, gübrə təchizatçıları kartla alış-verişi təmin etməklə yanaşı, satış şəbəkələrini də genişləndirməli və bütün növ gübrələri fermerlər üçün daha əlçatan etməlidirlər: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya nəticəsində subsidiyaların verilməsi asanlaşdığı, sənədləşdirmə işləri azaldığı kimi, gübrə satışı üçün də xüsusi sənədləşmələr lazım olmayacaq. Alış-verişin şəffaf - nağdsız aparılması kifayət edəcək".

Görüşdə Aqrar Kredit və İnkişaf Agentliyi ilə təchizatçılar arasında əlaqələrin qurulması və tənzimlənməsi, fermerlərin ehtiyac duyduqları gübrələrlə vaxtında təchiz olunması kimi məsələlər də müzakirə edilib. AKİA sədri təchizatçıları maraqlandıran sualları cavablandırıb.




İmza:

“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq

Nazir : "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub

Nazir müavini: Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi

Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

"Azərişıq": Qubada baş verən qəza ilə bağlı araşdırma başlandı

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Rusiyanın 6 şəhərində Azərbaycan təbliğ ediləcək

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK