Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb Adalet.az | İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

11518    |   2019-08-28 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 27-də İsmayıllı rayonunun Qəzli qəsəbə sakini Müşfiq Hüseynov yaşadığı evin həyətində oğlu üçün təşkil etdiyi kiçik toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən məlumata görə, Rayon Polis Şöbəsi və prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, nümunələr götürülərək laborator müayinəsinə göndərilmişdir.

Fakta bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, səhhətləri pisləşmiş şəxslər dərhal rayon mərkəzi xəstəxanasına müraciət etmiş və ilkin tibbi yardım göstərilərək evə buraxılmışdır.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.




İmza:

Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

Şəkidə attraksiondan yıxılan qızla bağlı cinayət işi başlanıb

Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salındı

Baş Prokurorluq: Firudin Ələkbərlinin qətli obyektiv araşdırılır

Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi

Məhkəmə yenə təxirə salındı: “Heç kim Fədayə Laçınla maraqlanmır”

Bakıda bankın şöbə müdirini vurub öldürən yeniyetməyə 3 il cəza verildi

Bakıda jurnalisti döyən şəxs həbs edilib

İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

Fədayə Laçının məhkəməsi niyə ard-arda təxirə salınır? - Vəkil səbəbi açıqladı

Cahangir Hacıyevin vəkili məhkəmədən vaxt istədi

Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK