hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Təhsil Nazirliyi: Gənc müəllim və direktorların sayı artıb Adalet.az | Təhsil Nazirliyi: Gənc müəllim və direktorların sayı artıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Təhsil Nazirliyi: Gənc müəllim və direktorların sayı artıb

6859    |   2019-08-28 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı artıb.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ümumilikdə götürülsə, direktor olmaq istəyənlər arasında orta yaşlı namizədlər daha çoxluq təşkil edir.

E.Bağırov bildirib ki, bu il Təhsil Nazirliyinə direktor olmaq istəyən 3403 namizəd elektron qaydada müraciət edib. Onların 1800-ə yaxını müsabiqənin test imtahan mərhələsində iştirak edib.

Bunun əvvəlki illərlə müqayisədə daha çox olduğunu deyən E.Bağırov qeyd edib ki, test imtahanında iştirak edən namizədlərdən təxminən 800 nəfərə yaxını müvafiq keçid balını toplayıb:

"Keçid balını toplayan bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun - müsahibə mərhələsinə dəvət olunacaq. Ötən həftə 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin son 3 günü ərzində də müsahibələr təşkil olunacaq. Ümumilikdə götürsək, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıqları əvvəlki illərlə müqayisədə daha qaneedicidir. Amma müsahibə mərhələsindən də bütün iştirakçılar keçmir. Bəzən hətta keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə göstərə bilmirlər. Onlarla bağlı qərar təbii ki mənfi olur".

E.Bağırov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, direktor olmaq üçün namizədin 5 il pedaqoji stajı olmalıdır. Ümumilikdə, müsabiqələrə qatılan şəxslər artıq stajlı, təcrübəli namizədlərdir.(trend)




İmza:

Şagirdlərin geyim formaları ilə bağlı ictimai rəyin öyrənilməsinə başlanılır

UNEC-də distant Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib

UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

ADU-da imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur keçirilib

ADU-da şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Magistraturaya qəbul qaydaları sadələşdirilib

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Məktəblərdə 9 gün dərs olmayacaq

Təhsil nazirindən yeni TƏYİNATLAR

Bakı Ali Neft Məktəbi karyera imkanlarına görə liderdir

SON XƏBƏRLƏR
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK