Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Onlar Rusiyanın ən zəngin ailələridir - SİYAHI Adalet.az | Onlar Rusiyanın ən zəngin ailələridir - SİYAHI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Onlar Rusiyanın ən zəngin ailələridir - SİYAHI

3703    |   2019-08-28 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qutseriyevlər artıq beşinci ildir ki, ən zəngin Rusiya ailələrinin reytinqində birinciliyi qoruya bilir.

"RİA Novosti"nin xəbərinə görə, bu barədə "Forbes" jurnalıməlumat yayıb.

"Safmar" qrupunun təsisçisi Mixail Qutseriyev və onun ailəsinin sərvəti bir ilə320 milyon dollar azalaraq, 5,65 milyard dollar təşkil edib.

Bununla yanaşı, Səid Qutseriyevin kapitalı iki dəfə artıb: yanvarda atası Kiprdəki "Landbury Trading"də olan payını ona ötürüb. "Safmar Maliyyə investisiyaları" holdinqinin aksiyalarının30,4faizi bu şirkətə aiddir. Dayısı Sait-Salam isə Səidə neft şirkətlərində və "M.Video" məişət texnikası satışı şəbəkəsindəki payını verib.

"Forbes" siyahısında ikinci yer 5,18 milyard dollarlıq var-dövləti olan Rotenberqler ailəsinə məxsusdur.2014-cü ildə onların aktivləriArkadi və Boris qardaşları arasında bölünmüşdü və indikindən 370 milyon dollar çox idi. Sonralar isə qardaşlara qarşı beynəlxalq sanksiyalar tətbiq olunduqda aktivlərin bir hissəsi Arkadinin oğluİqora və qızı Liliyaya keçib.

Üçüncü yerdə Şaymiyevlər ailəsidir. Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyevin oğulları Radik və Ayrat regionun ən zəngin sakinləri statusunu saxlamaqdan əlavə, öz kapitalını artıra da biliblər: bir il ərzində onların sərvəti 320 milyon dollar artaraq, 2,8 milyarda çatıb.

Rusiyanın ən zəngin ailələrinin onluğuna, həmçinin, daxildirlər:Qapontsevlər (iki milyard dollar), Yevtuşenkovlar (1,94 milyard dollar), Rəhimqulovlar (1,89 milyard dollar), Linniklər (1,6 milyard dollar), Sarkisovlar (1,6 milyard dollar), Bajayevlər (1,51 milyard dollar) və Mixaylovlar (1,16 milyard dollar).

Nəşr qeyd edir ki, ötən il onluqda olan Məhəmmədovlar, Şalamovlar və Zubitskilərin bu il siyahıya düşmələrinə 1,16 milyard dollar çatmayıb.




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK