nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Cüdoçumuz dünya çempionatının gümüş medalını qazanıb Adalet.az | Cüdoçumuz dünya çempionatının gümüş medalını qazanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Cüdoçumuz dünya çempionatının gümüş medalını qazanıb

13822    |   2019-08-27 16:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.

Çempionatın üçüncü günündə qadınlar 57, kişilər isə 73 kiloqram çəki dərəcəsində mübarizə aparırlar.

Kişilərin yarışında iki cüdoçumuz mübarizəyə qoşulub. Təmsilçimiz Rüstəm Orucov belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda R.Orucovun rəqibi komanda yoldaşı Hidayət Heydərov olub.

H.Heydərov isə yarımfinaladək macarıstanlı Frigies Szabo, Rusiya cüdoçusu Musa Moquşkov, Böyük Britaniya idmançısı Erik Ham və tacikistanlı Behruzi Xojazodan üstün olub. Cüdoçularımızın duelindən R.Orucov qalib ayrılaraq finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi "Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi yaponiyalı Şohei Ono olub. R.Orucov rəqibinə ipponla uduzub və çempionatın gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər. Bu gün isə İçinxorloo Munxtsedev (57 kq) fəxri kürsüyə yüksəlməyi bacarmayıb.




İmza:
SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK