Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Səhiyyə Nazirliyi yeni doğulan körpələrə süni qidanın verilməsindən narahatdır Adalet.az | Səhiyyə Nazirliyi yeni doğulan körpələrə süni qidanın verilməsindən narahatdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Səhiyyə Nazirliyi yeni doğulan körpələrə süni qidanın verilməsindən narahatdır

2160    |   2019-08-27 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yenidoğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir.

Bu barədə Səhiyyə Nazirliyi və UNİCEF məlumat yayıb.

Məlumatda bildirilir ki, bu məqsədlə UNİCEF-in "Körpə dostu klinikası” təşəbbüsü ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və neonatal komissiyanın ekspertlərinin istiraki ilə təbii qidalanmanın müstəsna rolu haqqında strategiya hazırlanıb:

"Bu işə 2019-cu ilin yanvar ayından start verilib. Lahiyənin birinci mərhələsində mövcud problemlər müzakirə edilib, lahiyənin mərhələləri işlənib. İşin I mərhələsində respublikanın bir sıra doğum evlərində ilkin audit aparılıb. Analarla fərdi sorğu keçirilib. Sorğunun nəticələri araşdırılıb, real mənzərə müəyyən edilib. Hal-hazırda II mərhələ davam edir – həkimlərə və tibb bacılarına treninqlər keçirilir, hamilələr və yeni ana olanlar üçün informasiya mənbələri, normativ sənədlərə əlavələr hazırlanır. Məqsədimiz və hədəfimiz bütün doğum evlərində istər təbii doğuş, istərsə də keysəriyə kəsiyi ilə doğulmasından asılı olmayaraq bütün uşaqlara ana ilə dəri təmasının qurulmasını, gələcəkdə körpənin ana südü ilə uğurlu qidalanmasını təmin etmək üçün ilk 1 saat ərzində döşə qoyulmasını tətbiq etməyə nail olmaq və bunun vacibliyini analara izah etməkdir ki, süni qida qəbulu adi hala çevrilməsin.

Hazırda hamilə qadınların hamiləlik dövründə mama-ginekoloqların nəzarətində olduqları müddətdə də bu barədə məlumatlandırma aparılır. Məlumatlı ana bu qaydalara riayət etməyən doğum evlərində olarkən özü səy göstərərək, körpəsinə yalnız ana südü verəcəyini qətiyyət və israrla bildirə bilir. Anaların düzgün əmizdirmə barədə kifayət qədər məlumatlandırılması üçün kitabçalar hazırlanır, bu istiqamətdə gənc analarla maarifləndirmə işləri də gücləndirilir. Göstəriş olmadan süni qida təyin edən həkimlərin askar edilməsi üçün müvafiq tədbirlər hazırlanır. Süni qidaların reklamının yolverilməz olduğu qanunvericilikdə də öz əksini tapıb. Strategiyanın bir istiqaməti də ana südü verilməsinin körpənin 6-cı ayına kimi davam edib-etmədiyini öyrənməkdir. Bunun üçün ana ilə yenidən əlaqə saxlanılır. Əldə olunan nəticələr audit aparılan klinikaların rəhbərliyi ilə birgə dəyirmi masada mütəmadi müzakirə olunur".

Nazirlik ana olmağa hazırlaşan qadınlara bu məqsədlə müraciət edib: "Doğum evlərində olarkən körpənizi yalnız ana südü ilə qidalandıracağınızı qətiyyətlə tələb edin və yeni doğulmuş körpənizi həyatının ilk saaatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın! Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin.

Əziz analar, unutmayın ki, ən effektiv südgətirici vasitə – sizin bir ana kimi uşağınızı əmizdirməyə qabil olmağınız və ana südünün onun üçün ən ideal və əvəzsiz qida olmasına əminliyinizdir!

Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını qoruyur.

Əgər hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkisafina, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur.

Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, heç şübhəsiz ki, bu, körpənin sağlam inkişafında mühüm rol oynayır. Səhiyyəmizdə yüzlərlə savadlı, təcrübəli, fədakar, mənəviyyatı saf, vicdanı təmiz tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir".




İmza:

“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq

Nazir : "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub

Nazir müavini: Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi

Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

"Azərişıq": Qubada baş verən qəza ilə bağlı araşdırma başlandı

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Rusiyanın 6 şəhərində Azərbaycan təbliğ ediləcək

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK