nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | DYP sürücülərin iş rejiminə nəzarəti gücləndirib - FOTO Adalet.az | DYP sürücülərin iş rejiminə nəzarəti gücləndirib - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

DYP sürücülərin iş rejiminə nəzarəti gücləndirib - FOTO

4252    |   2019-08-26 12:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Havaların isti keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarəti gücləndirib. Bu məqsədlə DYP rəhbərliyinin göstərişi ilə postlarda təmin edilən şəraitdən istifadə üçün sürücülərə və sərnişinlərə imkan yaradılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan və xüsusən də mikroavtobus və avtobus idarə edən idarə edən sürücüləri DYP postlarında saxlayaraq, onların qısamüddətli istirahət etmələrinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Sürücülərlə yanaşı, sərnişinlərə də sərin su və kölgədə dincəlmək təklif olunur.


DYP digər sürücülərə də tövsiyə edir ki, stasionar postlarda yaradılan bu şəraitdən yararlansınlar, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirsinlər. Bu onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.



İmza:
SON XƏBƏRLƏR
2020-02-18
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK