Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə Adalet.az | Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə

3225    |   2019-08-26 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin rifahı, vətəndaşının firavanlığı naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Bu mənada Ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası, reallaşdırılan geniş miqyaslı köklü islahatlar bu gün Azərbaycanın qüdrətli iqtisadiyyata və orduya, dünya birliyində mötəbər mövqeyə sahib olmaqla yanaşı, eyni zamanda güclü sosial siyasətə malik bir ölkəyə də çevrilməsinə səbəb olub. Bu uğurlu siyasətdə, xüsusilə ölkəmizdə sosial siyasətin ildən-ilə güclənməsində, həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum gənclərə diqqət və qayğının artırılmasında, ümumən sosial müdafiə sisteminin sosial ədalət prinsipləri üzərində daha da gücləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox geniş miqyası əhatə edən ardıcıl xidmətləri, yüksək humanizmi ehtiva edən nəcib, xeyirxah layihə və təşəbbüsləri mühüm rola malikdir.

Məlum olduğu kimi, 2019-cu il sosial sahədə inqilabi islahatlar ilinə çevrilib. Belə ki, Prezident cənab İlham Əliyevin 2019-cu ilin ötən dövründə təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Dövlət sektorunda işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb. 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla, bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstək olub. Azərbaycanda sosial inkişafa təkan verən bu inqilabi islahatlar paketinin hazırlanması prosesində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fəal iştirak edərək, islahatların realllaşdırılmasında öz mühüm dəstəyini göstərib.


Dövlət sosial xidmətlərinin vətəndaşlara "bir pəncərə”dən daha yaxın və əlçatan, tam şəffaf mühitdə qurulması üçün Mehriban xanım Əliyevanın təşəbbüslərindən biridir. Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı bu təşəbbüsün icrasına imkan verib. Fərmanın icrası olaraq, DOST konsepsiyasının reallaşdırılması üçün əsas sənədlərin hazırlanması prosesi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qısa müddətdə və uğurla başa çatdırıldı. Beləliklə, 09 may 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və ilk DOST mərkəzi açıldı.

Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi açılışda dövlətimizin başçısı "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” deyə bəyan etdi.

DOST mərkəzində 130-dan çox elektron xidmət göstərilir. Bunların sırasına "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” və digər xidmətlər daxildir. May ayında açılşı olan DOST mərkəzinin xidmətlərindən artıq 23 avqusta kimi 27 mindən çox vətəndaş faydalanıb. DOST xidmətlərindən tam məmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq 4 faiz təşkil edir.

2019-2025-ci illər üzrə Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm bir istiqaməti dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin qayğı ilə əhatə olunması, onların layiqli gələcəyinin təmin edilməsidir. Belə ki, Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq, Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihəsi kimi, Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək həmin gənclərin istifadəsinə verilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi” kimi fəaliyyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur. Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib, normal yaşayış üçün müasir şərait yaradılıb.

"Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı da diqqətdə saxlanılır. Onlardan işaxtaran şəxslərin müəssisənin özündəki ictimai-iaşə və s. iş yerlərində, həmçinin yaxınlıqda yerləşən müxtəlif müəssisələrdə münasib işlərlə təminatı həyata keçirilir. Yeni mənzillə təmin edilən gənclərin böyük hissəsi ailə qurub. İndi burada 207 ailə, 300-ə yaxın uşaq, ümumilikdə 850-dək insan yaşayır. "Məzun evi” üçün 4-cü binanın da tikintisinə artıq başlanıb. Nazirliyinin dəstəyi ilə "Məzun evi”ndə xalça və tikiş sexləri də yaradılıb. Müəssisədən bir qrup gənc nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə işlə təmin olunublar. "Məzun evi” Azərbaycan dövlətinin hər bir vətəndaşının yanında olduğunu, valideyn himayəsindən məhrum olan gənclərin də məhz ən böyük dayağının - dövlət olduğunu bir daha təsdiq edir.

Məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsindəki dövlət siyasəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər bu gün beynəlxalq səviyyədə bir nümunə kimi göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın fəaliyyətinin başlıca istiqamətlərindən biri də məhz məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlib. Cari ilin aprel ayında Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan "Qobu Park” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərlə görüşündə deyib: "Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə bir il ərzində 6 min mənzil təhvil veriləcək. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti ölkəmizin hərbi gücünün artırılmasına imkan verib. 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbə də Ordumuzun güclü ordular sırasında olduğunu təsdiq etdi. Həmin döyüşlərdə Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi. Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı ilə şəhid ailələri, o cümlədən aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Vətən övladlarının ailələri və bu döyüşlərdə yaralanmış hərbçilər etibarlı sosial müdafiə və reabilitasiya sistemi ilə əhatə olunublar. Aprel döyüşlərində əlil olmuş hərbçilərimizin reabilitasiyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olundu. Mehriban xanım Əliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə demişdi: "Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır”.

Ötən müddətdə bu sözlər əməli şəkildə uğurla öz təsdiqini tapdı. Heydər Əliyev Fondunun "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər. Cari ilin fevral ayında 30-dək hərbçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlilinə də yüksək texnologiyalı reabilitasiya vasitələri verildi. Ötən 3 il ərzində layihə üzrə 100-dən çox zabit və əsgərimiz yüksək texnologiyalı protezlərlə təmin olunub. Sevindirici haldır ki, reabilitasiya vasitələri ilə təminatdan sonra həmin hərbçilərimiz yenidən aktiv həyata dönüblər, onları əmək fəaliyyətində, hərbi xidmət sahələrində, ayrı-ayrı əlilliyi olan hərbçilərimiz paralimpiya idman növlərində görmək hər kəsdə xoş və pozitiv hisslər yaradır.

Sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılması, onların sağlamlıqlarının bərpasının, onların sosial inteqrasiyasının dəstəklənməsi Mehriban xanım Əliyevanın xeyirxah missiyasında mühüm yer tutur. Bunun əyani təzahürlərindən biri kimi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Müəssisə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub.

Burada sınanmış müalicə metodlarından olan qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya xidmətləri göstərilir. Onlar sosial mühitə oriyentasiya məqsədli sınanmış tədris metodlarına, sosial reabilitasiya yönümlü effektiv prosedurlara cəlb edilirlər. 2019-cu ilin ötən dövründə 300-dən çox uşaq burada reabilitasya xidmətləri ilə təmin edilib, onlardan 200 nəfərdən çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun sindromlu, digər diaqnozlu uşaqlardır. Ümumən, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta qədər müəssisədə 1450-dək uşağa reabilitasiya xidmətləri göstərilib.

Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı uşaqlar üçün sosial xidmət müəssisələrində də müasir şəraitin yaradılmasına imkan verib. Həmin proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti, həmin uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb. Müəssisələrdəki uşaqlardan bir çoxu burada fəaliyyət göstərən mini emalatxanada öz bacarıqları müqabilində və əmək müəllimlərinin təlimi əsasında müxtəlif növ (rəsm, tikmə, ağac üzərində oyma, sap və muncuqla toxuma və s.) əl işləri hazırlayırlar. Bu gün hər iki müəssisə nümunəvi dövlət uşaq müəssisələri kimi seçilirlər.

Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında icra olunan layihələrin bir istiqaməti də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına yönəlib. Məhdud fiziki imkanlı şəxslərin cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn layihə çərçivəsində ötən dövrdə Heydər Əliyev Fondu tərəfindən Naxçıvan, Gəncə və Yevlax şəhərlərində məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlərdə gözdən əlilliyi olanların və görmə imkanları məhdud insanların İKT-dən istifadəsinə, internetə çıxış, internetdə informasiyanın tapılması və s. üçün imkanlar mövcuddur.

Ümumilikdə əliliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin sosial inteqrasiyasına dəstək Heydər Əliyev Fondunun fəaliyyətində əhəmiyyətli yer tutur. Fond həmin gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə, cəmiyyətə tanıdılmasına öz mühüm dəstəyini göstərir. Fond tərəfindən sosial xidmət müəssisələrində, o cümlədən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara fərəhli hisslər bəxş edən tədbirlər də təşkil olunur.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ayrı-ayrı bayramlarda, əlamətdar günlərdə aztəminatlı ailələrə, yəni ünvanlı sosial yardımla əhatə olunmuş aztəminatlı ailələrə bayram sovqatları paylanılır. Bir qədər əvvəl Qurban bayramı ilə əlaqədar da Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı və bütün regionlar üzrə 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edildi, onlara qurban payları verildi.

Həssas qruplara bu qayğıkeşlik missiyası həmin qruplardan olanların özünüməşğulluğunun dəstəklənməsində də öz davamını tapır. Belə ki, Heydər Əliyev Fondu özünüməşğulluq proqramının icrası işlərində öz dəyərli dəstəyini verir. Fondun "Regional İnkişaf” İctimai Birliyi ilə imzalanan Memoranduma əsasən, 2018-ci ildə "Sosial bağlar” layihəsinin birinci mərhələsi kimi 125 ailənin proqram çərçivəsində intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına dəstək göstərib. İmzalanan yeni Memorandumla layihənin ikinci mərhələsi olaraq, 2019-cu ildə 250 ailəyə bu sahədə dəstək verilməsi işləri aparılır.

Təbii ki, bütün bu qeyd olunanlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin ölkəmizdə sosial inkişaf, həssas qruplara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə yüksək qayğı, neçə-neçə aztəminatlı ailəyə sevinc və kimsəsizlərə gələcəyə böyük inam hissi bəxş etmək naminə çox geniş miqyasda ardıcıl və mühüm xidmətləri özündə ehtiva etdiyini göstərir. Həssas qruplarla bağlı xoşməramlı, nəcib layihələrin, xeyirxah təşəbbüslərin bir-birini əvəz etdiyi bu fəaliyyət azərbaycançılıq əqidəsinin və dövlətçiliyə dərin sədaqətin, millli inkişaf siyasətinə dəyərli töhfələr vermək əzminin, yüksək humanizmin, vətənpərvərliyin və öz xalqına sıx bağlılığın, bitib tükənməz xeyirxahlığın vəhdətinə əsaslanır.





İmza:

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

Bakıda külək güclənir - Hazırki vəziyyət açıqlandı

Fuad Qəhrəmanlının ailə zorakılığı fotofaktlarla yayıldı - FOTO

Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Nazir: Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Polis rəisi narkotikin zərərlərindən danışdı

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK