nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır - Fərid Şəfiyev Adalet.az | Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır - Fərid Şəfiyev Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır - Fərid Şəfiyev

4319    |   2019-08-23 16:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşündüyü informasiyaları digər üzv ölkələrin və təşkilatın Katibliyinin nəzərinə çatdırmaq məqsədi ilə sənəd yaymaq hüququna malikdir.

Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin hesabatının BMT-də yayılmasına dair Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin şərhində deyilir.

F.Şəfiyevin şərhində bildirilir: "BMT-yə üzv ölkənin Daimi Nümayəndəliyi adından belə müraciət beynəlxalq sülh və təhlükəsizlik, ticarət, inkişaf və digər məsələləri özündə əks etdirə bilər. Məktubun məzmunu üzv dövlətin məsuliyyətindədir. Hətta indiyə kimi BMT-nin sənədi kimi daimi nümayəndəliklərin şeir yayması halları da baş verib.

Katiblik də öz növbəsində BMT-yə üzv ölkələrin daimi nümayəndəlikləri tərəfindən təqdim olunmuş sənədləri yaymaq öhdəliyi daşıyır. Sənədlər təşkilatın müvafiq loqosu və Təhlüksizlik Şurasının, Baş Assambleyanın və BMT-nin digər orqanlarının növbəti sessiyalarının gündəlik maddələri çərçivəsində yayımlanır. Gündəlik maddəsi məktubun müəllifi, daha dəqiq desək, üzv ölkənin Daimi Nümayəndəliyi tərəfindən müəyyən olunur.

Təəssüf ki, tez-tez üzv ölkələrinin bu hüquqdan sui-istifadə etməsi və BMT-nin Nizamnaməsinə zidd sənədlər yayması hallarına da rast gəlinir. O cümlədən Ermənistanın öz adından qondarma rejimə aid məktub yollaması ilk dəfə deyil. Hər halda məktubun müəllifi təşkilatın rəsmi üzvü, bu halda isə Ermənistandır. Ermənistan KİV-də qondarma rejimin sənədi adlandırdıqları bu məktubun BMT-nin sənədi kimi yayılmasına dair məlumatlar həqiqəti əks etdirmir. BMT qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımır və təşkilatın Katibliyi qaydalara uyğun olaraq Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin məktubunu yayıb və bu da onun rəsmi statusudur.

Məktubun mahiyyətinə gəldikdə isə buna belə qısa şərh verərdim. Ermənistanın yerli azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə törətdiyi və BMT TŞ-nin müvafiq qətnamələri və BMT-nin Nimzanaməsinin pozulmasına yönəlik fəaliyyət həyata keçirdiyi işğal olunmuş torpaqlarla bağlı hansı dayanıqlı inkişaf, demokratiya və humanitar məqsədlərdən danışmaq olar?

Azərbaycan da öz növbəsində müvafiq məktub yaymağa hazırlaşır. Ermənistan Daimi Nümayəndəliyinin bu təxribatı beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu bir daha açıq şəkildə göstərir".



İmza:

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxana yanıb

Tərtər sakinlərinin evindən silah götürülüb

Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən ölüb

“Sədərək” TM-də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ

FHN: "Sədərək"dəki yanğın 600-700 kv.m. sahəni əhatə edib

“Sədərək” ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

TƏBİB “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı

Bakıdakı dəhşətli yanğında 60 mağaza yandı: Zəhərlənənlər var

Qaynata və kürəkən naməlum şəxslər tərəfindən bıçaqlanıb

Hacıqabulda avtomobil dirəyə çırpıldı, xəsarət alan var

Sərxoş qadın sürücü iki nəfəri ağır yaraladı - VİDEO

Gəncədə yolu keçən piyadanı avtomobil vurub öldürdü

SON XƏBƏRLƏR
2020-02-18
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK