nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Zaqatalada ev sahiblərini döyüb, pul və qızıllarını aparan şəxslər saxlanılıb Adalet.az | Zaqatalada ev sahiblərini döyüb, pul və qızıllarını aparan şəxslər saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Zaqatalada ev sahiblərini döyüb, pul və qızıllarını aparan şəxslər saxlanılıb

12719    |   2019-08-23 11:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zaqatalada quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, avqustun 16-da üç nəfər naməlum şəxs Zaqatala rayonu Çökək kənd sakini Teymur Ağakişiyevin evinə quldurluq niyyəti ilə daxil olub, ev sahiblərinin əl-qolunu bağlayaraq hədə-qorxu gəlib, onlardan pul tələb ediblər. Daha sonra 400 manata yaxın pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.

Zaqatala Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə baxış keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin rayonun Kebeloba kənd sakinləri 31 yaşlı Fərhad və 21 yaşlı İsmayıl Zəngiyevlər, eləcə də Fərid Bolayev tərəfindən törədildiyi müəyyən edilib və onlardan ikisi Fərhad və İsmayıl Zəngiyevlər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların cinayəti törədərkən istifadə etdikləri əlcəklər, maskalar və digər əşyalar maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs F.Zəngiyevin ev sahibləri ilə qohumluq münasibətləri də olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Dəstənin digər üzvünün müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2020-02-18
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK