Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Çeçen erməni "qanuni oğru"nu Yerevanda öldürdü - YENİLƏNİB Adalet.az | Çeçen erməni "qanuni oğru"nu Yerevanda öldürdü - YENİLƏNİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Çeçen erməni "qanuni oğru"nu Yerevanda öldürdü - YENİLƏNİB

10520    |   2019-08-22 18:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çeçenistanın Qroznı şəhər sakini Yerevanda Andik Massivski, yaxud Ando Xromoy kimi tanınan "qanuni oğru" Andranik Arutyunyanı qətlə yetirib.

Bu barədə Ermənistanİstintaq Komitəsinin yaydığı məlumatdadeyilir.

Komitənin məlumatına əsasən, "qanuni oğru"nu Qroznının 32 yaşlı sakini öldürüb. O, iyunun 25-də Ermənistana gəlib və iyulun 3-üsaat 23:00 radələrində yaşayış binalarının birinin həyətində 45 yaşlı A.Arutyunyanı odlu silahla qətlə yetirib.

Rusiya vətəndaşı cinayət əməlini qanunsuz saxladığı tapança ilə törədib. Hazırda onun adı cinayət işində müttəhim qismində keçir.

09:41

Ermənistan polisi rusiyalını Yerevanda Andik Massivski kimi tanınan kriminal avtoritet Andranik Arutyunyanı öldürməkdə şübhəli bilir.

"RİA Novosti" xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, aparılmış operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Məlum olub ki, qətli32 yaşlı Rusiya vətəndaşı törədib.

Yerevanın 50 yaşlı sakini ona cinayət əməlində yardım edib. Paytaxt sakini saxlanılıb. Hüquq-mühafizə əməkdaşları şübhəlini və cinayətin törədildiyi silahı axtarır.

Xatırladaq ki, A.Arutyunyan iyulun 2-də Yerevan ətrafında güllələnib. "Qətl" və "qanunsuz silah saxlama və daşıma"maddələri üzrə cinayət işi qaldırılıb. Sözügedən maddələr üzrə maksimum cəza 15 il azadlıqdan məhrum etməni nəzərdə tutur.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK