hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: ZİYALI ÖLÜRSƏ... Adalet.az | Faiq QİSMƏTOĞLU: ZİYALI ÖLÜRSƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ZİYALI ÖLÜRSƏ...

8564    |   2019-08-22 14:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Ziyalısız həyat günəşsiz ömrə bənzəyir. Yəni hansı cəmiyyətdə ziyalı yoxdursa, yaxud da azdırsa, o cəmiyyəti birmənalı olaraq zülmət, qaranlıq, cəhalət və nadanlıq ağzına alacaq. Və o cəmiyyətdə istedadlı adamların, millətini və xalqını sevənlərin yeri səhv düşəcək. Yəni layiq olanlar, qalacaq həyatın dibində, layiq olmayanlar oturacaq vəzifə kreslolarında. Bax, onda da millətin qara günü, ağır günü başlayacaq...

... O yerdə ki, ziyalı var, o yerdəki müdrik və kamil şəxsiyyətlər olur və həmin məmləkətdə and olsun ki, həmişə günəş doğur. Və o günəşin də paxıllığını çəkən, qarşısını qara buludlar kimi alan qara qüvvələr var. O qara qüvvələr yarasa kimi qaranlıqdan xoşu gəldiklərinə görə, bu qaranlıq aləmdə və dünyada özlərini çox rahat hiss eləyirlər və kefləri istədikləri kimi yaşayırlar. Çünki qaranlıq dünyanın cahil, nadan, savadsız adamlarını idarə eləmək, istiqamətləndirmək daha asandır.

Böyük ictimai-siyasi xadim, böyük ziyalı, böyük alim və böyük insan olan Şirməmməd Hüseynovun 40 məclisində axund çox gözəl bir kəlam işlətdi: "Şirməmməd Hüseynov kimi ziyalılar dünyasını dəyişəndə onları ağlamaq lazım deyil. Şirməmməd müəllim kimi işıqlı, nurlu ziyalını itirən cəmiyyəti ağlamaq lazımdır”. Sözün düzü, bu fəlsəfi fikir məni çox düşündürdü və bu mövzuda yazı qələmə almağa ruhlandırdı. Və düşünürəm ki, bu gün Azərbaycanda Şirməmməd Hüseynov kimi ziyalılar çox azdır və onlar barmaqla sayıla bilər. Barmaqla sayılan bu ziyalılar da dünyasını dəyişəndə onların yeri boş qalır. Və yeri boşalan məkan çox təhlükəli olur...

... Ziyalı məkanından və zamanından asılı olmayaraq, həmişə haqqın, ədalətin yanında olmalıdır. Və bizim məmləkətdə də haqqın, ədalətin yanında olan çox böyük ziyalılar olub: Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov! O, kimin hakimiyyətdə olmağından asılı olmayaraq, həmişə düz söz deyib. Və düz söz dediyinə görə də şəhid oldu. Mən bu cür ziyalılara haqq, ədalət yolunda şəhid olmaq deyirəm. Çünki onların düz sözü çoxlarına sərf eləməyib və müxtəlif yollarla bu böyük ziyalıları susdurmaq istəyiblər. Onları öldürə bilərlər, güllələyə bilərlər, amma onları yalan danışmağa, vətənə xəyanət etməyə heç kəs məcbur edə bilməz. Böyük Bəxtiyar Vahabzadə də beləydi... böyük İsmayıl Şıxlı da beləydi... böyük Ziya Bünyadov da beləydi... böyük Şamil Qurbanov da beləydi... böyük Məmməd Araz da beləydi... böyük Xudu Məmmədov da beləydi... böyük Aydın Məmmədov da beləydi... Onlar həmişə millətin içində barış, sülh yaratmağa can atırdılar... Onlar həmişə iqtidarla müxalifət arasında körpü yaratmağa çalışırdılar... Onlar həmişə Azərbaycanın hər qarış torpağını canlarından, övladlarından, doğmalarından üstün tuturdular...

Böyük Şirməmməd Hüseynov Allahdan başqa heç kəsdən qorxub eləmirdi. Və adını çəkdiyim bu böyük ziyalılar da Allahdan başqa heç kimdən çəkinmirdi. Onlar bir Allahdan qorxurdular, bir də vicdanlarının səsindən. Və ömrü boyu da nə Allaha xəyanət etdilər, nə də vicdanlarına! Düşündüklərini dilə gətirdilər və dediklərindən çəkinmədilər. Çünki dedikləri bu yazıq və məzlum milləti ağ günə çıxarmaq idi. Onlar hər şeyi dedi və Allahın dərgahına qovuşdular.

Bu gün cəmiyyətimizdə bax, belə böyük ziyalılar çatışmır. O qədər məddahlar, o qədər yaltaqlar var ki, göydə uçan quşalara da imkan vermirlər. Sanki ölkədə böyük bir yaltaqlıq yarışı keçirilir. Və bu yaltaqlıq yarışında da kimlərsə birinci yerə çıxmağa can atırlar. Düzdür, onlar mükafatlarını da alırlar. Amma bir də görürsən ki, həmin yaltaqların əsl siması açıldı, iç üzü çölə çıxdı və qalxdıqları yerdən kəllə-mayallaq yerə dəydilər. Vallah, tay qədimdən padşahların, sultanların, kralların da "peşəkar” yaltaqlardan xoşları gəlməyib. Biliblər ki, bu gün onu tərifləyənlər sabah başqa bir padşaha, krala tərif deyəcək, əl çalacaq. Ona görə də çox vaxt belə yaltaqları və məddahları ağıllı padşahlar vaxtında saraydan uzaqlaşdırıblar.

Onların yerinə müdrik, ağıllı şairləri, yazıçıları, filosofları gətiriblər. Görüblər ki, balam, bu işıqlı ziyalılar gələndən sonra ölkə qaranlıqdan, zülmətdən işığa çıxdı. Və bu işıq Allah-Təalanın göndərdiyi və sevdiyi ziyalıların ağlı hesabına yarandı. Və o ağıllı, o müdrik, o ziyalı insanlar heç vaxt padşahdan xəzinə, var, dövlət istəməyib. Və padşah da görüb ki, bu ziyalıların ondan istədiyi millətinə və xalqına qayğısı, arxası və köməyidir.

Millətin ən ağır günündə onu nə ən müasir silah, nə güclü qoşun, nə də var-dövlət xilas edib. Dövlətin parçalandığı, pərən-pərən olduğu dövrdə o ölkəni, o məmləkəti böyük ziyalılar, aydınlar xilas edib və onların çiynində bu vətən, bu torpaq yaşayıb və dövlət ayağa durmağı bacarıb.

Məmləkətimizin hər bir müdrik insanını, hər bir böyük ziyalısını qorumaq lazımdır. Amma biz onları qoruya bildikmi? Hörmətli oxucu, bu sualı sizə ünvanlayıram. Cavabını da sizdən istəyirəm. Mənim cavabım isə birmənalıdır: böyük ziyalıları, böyük aydınları heç vaxt qoruya bilmədik! Biri avtomobil qəzasına düşdü, birinin ağzından güllə atdılar, birinin ürəyi partladı, biri də dərddən dünyasını dəyişdi...

Ziyalı olmaq üçün nazir olmaq, akademik olmaq lazım deyil. Və heç bir nazir, heç bir akademik də o demək deyil ki, ziyalıdır. Böyük ziyalı odur ki, vətənin ayağına dəyən daş onun ürəyinə dəyir... Böyük ziyalı odur ki, ailəsindən, özündən öncə vətəni, dövləti düşünür... Böyük ziyalı odur ki, hər an, hər dəqiqə o Vətən, o torpaq üçün özünü şəhid edir... Və bizim böyük ziyalılar da bu Vətən, bu dövlət üçün özlərini şəhid edirlər.

Axı dedim, ziyalılar yaman azalır ölkəmizdə. Və ziyalı azaldıqca sanki cəmiyyətdə günəşin işığı da zəifləyir... Ziyalı azaldıqca ölkədə böyük-kiçiklik, ağsaqqallıq da unudulur. Amma nə yaxşı ki, qurban olduğum Allah-Təala onları öz dərgahına aparır və Allahın dərgahında o böyük ziyalıların ruhu daha sakit, daha rahat olur. Çünki onlar bu dünyada haqqı, ədaləti tapa bilməsələr də, Allahın dərgahında ədaləti tapa bilirlər...

Allah zaman və məkan xaricindədir. O, maddi deyildir. Bu barədə "Qurani-Kərim”də belə buyrulub. Allah ölmürsə, söz də ölə bilməz. Çünki sözü də yaradan və onu kəlam tutumunda bizə göndərən Ulu Yaradandır. Bu günlər bir daha mən Allahın böyüklüyünün şahidi oldum. Böyük şair Oqtay Rza dünyasını dəyişəndə hiss elədim. Oqtay Rza gün işığı kimi təmiz, uşaq ürəyi kimi yumuşaq bir ürək sahibi idi. Çöhrəsində heç kimə bənzəməyən bir nur vardı. Onun yas məclisində ziyalılardan biri dedi ki, Oqtay Rzanın pedaqoji universitetdə çalışdığı dövrdə, Sovet dönəmində və müstəqillik məqamında üç böyük ziyalı rüşvət almayıb: İsmayıl Şıxlı, Əbdül Əlizadə və Oqtay Rza! Həmişə onların tələbələr qarşısında alnıaçıq, üzüağ olub. Allah hər üç böyük ziyalıya rəhmət eləsin və öz dərgahında saxlasın!

Nəvəmlə bağlı bir yazı qələmə almışdım və o yazıda da Oqtay Rzanın bədahətən dediyi bir bənd şeirdən istifadə eləmişdim. Və qələmə aldığım məqalədə "Böyük şair” adlandırmağım onu çox sevindirmişdi. Görüşəndə mənə təşəkkürünü bildirdi və hətta avtobusda yol pulunu verməyə qoymadı, pulu özü verdi. Dedi ki, mirzə, sənin o sözünə bəziləri qısqanclıqla yanaşıb. Gözəl şair bunu düz tutmuşdu. Bəzən elə paxıl adamlar var ki, kimin barəsindəsə bir xoş söz deyəndə o dəqiqə xainlikdən ürəyi partlayır. Oqtay Rza kimi pak, təmiz, namuslu və vicdanlı adamın paxıllığını çəkmək vallah, mən bilmirəm nə deməkdir. Oqtay Rza elə böyük ziyalı idi ki, qarışqanı da ayaqlamazdı, hamıya da yaxşılıq eləyərdi. O balaca boy, gülərüz ziyalının dünya boyda ürəyi vardı. Paxıllıq, xəbislik nə olduğunu bilməzdi...

... Və bir də Allahın böyüklüyünü Oqtay Rzanın Heydər məscidində verilən yas məclisində gördüm... Və bir də Allahdan sonra sözün möhtəşəmliyini, günəş kimi parlaqlığını o məclisdə hiss elədim... Və bir də hiss elədim ki, böyük şairlər, gözəl ziyalılar, qüdrətli sözlər heç vaxt ölmür... Çünki onun yerlilərindən biri olan İlham İsmayılov adlı bir iş adamı bu məclisi düzənləmişdi. Heç bir təmənna, heç bir minnət qoymadan. Şükürlər olsun ki, sözə, şairə, poeziyaya belə qiymət verən və Allaha yaxın olan insanlar da var.

Axı bizim iş adamları çox vaxt başqa şeylərə, məsələn, heç kimin tanımadığı, səsi və istedadı olmayan müğənnilərə maşınlar bağışlayır, evlər alır. Sən demə, bax, bu cür sözə, sənətə, şairə və ən nəhayət, Azərbaycan poeziyasına və Oqtay Rzaya böyük qiymət verən İlham İsmayılov kimi ziyalılar da varmış. Allah belə ürək sahiblərini qorusun, hifz eləsin!

Və bir də böyük ziyalılar, böyük insanlar heç vaxt ölmürlər. Onlar zamanından və məkanından asılı olmayaraq, həmişə yaşayırlar. Çünki onlar bəzi nazirlər, icra başçıları kimi var-dövlət yığmayıblar. Onlar bu dünyada ömürlərini şam kimi millətin və xalqın yolunda əridiblər. Və daha çox o böyük ziyalılar günəşə bənzəyirlər. Günəş də heç vaxt sönmür və sönməyəcək...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK