ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

LƏNKƏRAN TEATRI XARİCİ SƏFƏRDƏN QAYIDIB

32333    |   2019-08-21 18:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Tehran şəhərində "Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, avqustun 14-dən 18-ə kimi davam edən festivalda Lənkəran sənətçiləri iranlı dramaturq Bəhram Beyzayini "Senemar” faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.

Tamaşanın baş qəhrəmanı Senemar dünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanı öz əyalətində tayı-bərabəri olmayan böyük bir saray tikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinə dəvət edir. Senemar hər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultana söz verir. Nömanın ətrafındakı adamlar isə sultanın qılığına girərək memarı onun gözündən salmağa səy göstərirlər. Nöman şah belə bir sarayın analoqu olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi sarayın üstündən yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur…

Festival iştirakçıları tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər.

İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərubatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Ağaddin BABAYEV




İmza:

“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək - VIDEO

Bu, Fuad Poladovdur, onu ayaq üstə alqışlamaq lazımdır - Eminquey yazır

Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək

Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

"Mona Liza"nı 50 milyard avroya satmaq təklif olunub

Azərbaycanda Kino Şurası yaradıldı

Aşıq Əhmədin həyatı və sənət yolu

Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər

Xalq artisti ölüm xəbərini yazanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”

Azərbaycanda bu qoruqlara giriş ödənişsiz oldu

Günel Həmidova yeni serilada - “Şükriyyə”

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK