hacklink Adalet.az | İran neft hasilatını artırır Adalet.az | İran neft hasilatını artırır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

İran neft hasilatını artırır

18603    |   2019-08-21 11:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni neft layihələrinin icrası ilə İranın neft istehsalına gündəlik təxminən 280 min barel əlavə olunacaq.

Bunu İranın Milli Neft Şirkətinin istehsala dəstək və məhsul təminatı idarəsinin direktoru Ramin Qələmbər Dezfuli deyib.

Bu barədə Adalet.az Tehran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının informasiya portalına (tccim) istinadən məlumat verir.

R.Qələmbər Dezfulinin sözlərinə görə, İranın neft yataqlarının hasilatını artırmaq və hasilatı qoruyub saxlamaq üzrə 33 iş paketi nəzərdə tutulub.

Qələmbər Dezfuli əlavə edib ki, indiyədək 10 layihə ilə əlaqədar özəl sektorla müqavilə imzalanıb və 10 müqavilənin də imzalanması gündəmdədir: "Hökumətin İqtisad Şurasının qərarına əsasən, bu layihələrin dəyəri 6,2 milyard dollar təyin olunub və bütün layihələr yerli podratçılara veriləcək”.

Şirkət rəsmisi deyib ki, bu layihələrin icrasına nəzərdə tutulan büdcə isə qiymətli kağızların satılması ilə təmin olunacaq və bu kağızların satışına ötən ildən başlanıb.

Qələmbər Dezfuli bildirib ki, bu layihələrdəki avadanlıqların minimum 70%-i ölkə daxili istehsalla təmin olunacaq.



İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK