nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Çimərliklərdə ilan qorxusu: su ilanlarıdır, insanlar onları narahat edir Adalet.az | Çimərliklərdə ilan qorxusu: su ilanlarıdır, insanlar onları narahat edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Çimərliklərdə ilan qorxusu: su ilanlarıdır, insanlar onları narahat edir

5335    |   2019-08-21 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar çimərliklərdə ilanlara daha çox rast gəlinir. Sosial şəbəkələrdə də Bilgəh və Pirşağı çimərliklərində ilanların görüntüləri yayılıb. Bəzi vətəndaşlar bundan narahat olduqları üçün çimərliklərə getmək istəmirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovOxu.Az-a bildirib ki, müşahidə edilənlər su ilanlarıdır:

"Havaların isti keçməsi ilə əlaqədar, təbii ki, çimərliklərə üz tutanların sayı artıb. İnsanlar daş və qayalıqların çox olduğu ərazilərdə də çimirlər. Həmin qayalıqların çox olduğu çimərlik ərazilərində isə ilanların yuvaları var. İnsanlar həmin yerlərdə suya girərək ilanları bir növ narahat edirlər. Onlar da daha sakit yeraxtarmaq üçün səpələnirlər.

Bundan başqa, ilanlargüclü istilərlə əlaqədar olaraq daha sərin yerlər axtarır. Həmin ilanlar heç bir halda insanlara hücum etmir, insan sağlamlığı üçün təhlükəli deyil".

T.İsgəndərov qeyd edibki, su ilanlarının sancması yalnız allergik reaksiya verər:

"Bu ilanlar qətiyyən zəhərli deyillər. İnsanlar bəzən bu ilanları tutub öldürməyə çalışır. Təbii ki, bu halda ilanlar da sakit dayanmayacaq, özünü müdafiə etməyə çalışacaq. Su ilanının ağzında çürüntü məhsulları olur. Əgər insanı dişləsə, mümkündür ki, allergik reaksiya versin. Amma bu, ciddi və dərin problemlər yaradacaq qədər təhlükəli hal deyil".




İmza:
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK