Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | 6 ayda 7198 yeni müəssisə və təşkilat yaradılıb Adalet.az | 6 ayda 7198 yeni müəssisə və təşkilat yaradılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

6 ayda 7198 yeni müəssisə və təşkilat yaradılıb

3587    |   2019-08-21 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda 2019-cu ilin altı ayı ərzində 7198 yeni müəssisə və təşkilat yaradılıb. Bunların 81,5 faizi Bakı şəhərində, 4,8 faizi Aran iqtisadi rayonunda, 4,4 faizi Abşeron iqtisadi rayonunda, 2,7 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 1,9 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 1,5 faizi Lənkəran iqtisadi rayonunda, 1,1 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 0,7 faizi Yuxarı-Qarabağ iqtisadi rayonunda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 0,6 faizi Dağlıq-Şirvan iqtisadi rayonunda və 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunda fəaliyyətə başlayıb.

Dövlət Statistika Komitəsindən verilən məlumarta görə, 2019-cu ilin yanvar-iyun ayları ərzində ölkədə yeni açılmış iş yerlərinin 43,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda qeydə alınıb.

Yeni iş yerlərinin 63,6 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 36,0 faizi digər regionların, o cümlədən 13,0 faizi Aran, 6,4 faizi Gəncə-Qazax, 6,2 faizi Lənkəran, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,4 faizi Şəki-Zaqatala, 1,8 faizi Abşeron, 1,0 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 55,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 11,2 faizi tikinti, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,7 faizi emal sənayesi, 2,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi peşə, elmi və texniki fəaliyyət, 11,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrədir.



İmza:
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK